“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var“ - Anar Bağırov

Tarix 02.07.22, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var".

Bunu "Report"a açıqlamasında Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin həbs edildiyi, cinayətdə ittiham olunduğu andan hüquqi yardım almaq hüququ müəyyənləşib: "Boşluqlar vəkilin öz müştərisi ilə görüşməsində müəyyən əngəllər yaradır. Bununla bağlı tərəfimizdən təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Təkliflərimiz ondan ibarətdir ki, vəkillər öz müvəkkilləri ilə heç bir məhdudiyyət, maneə, icazə tələb olunmadan dərhal görüşə bilsinlər. Bu beynəlxalq hüquqda qəbul olunan prinsipdir".

A.Bağırov bildirib ki, vəkillərin çox hallarda məhkəmə proseslərində qaldırdıqları vəsatətlər hakimlər tərəfindən əsassız olaraq təmin edilmir: "Bu məsələ Vəkillər Kollegiyasının və Məhkəmə Hüquq-Şurasının diqqət mərkəzindədir".



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap