Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Tarix 16.04.24, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC (VÖEN – 1305786331) olub.
Tenderin qalibi olan “RR Travel Company” MMC Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının sifarişi əsasında “Novruz bayramı” tədbirini təşkil edəcək və qarşılığında 13 min 983 manat alacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21 noyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, müsabiqə ilə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında 15 aprel 2024-cü il tarixində dərc olunub. Məlumatda bildirilir ki, tenderin icra müddəti 08 aprel 2024-ci il tarixində başlayır 30 aprel 2024-cü il tarixində başa çatır.


“Dövlət satınalmaları haqqında” Qanunun 38.11-ci maddəsində isə göstərilir ki, satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir.
Məlumat üçün onu da bildirək ki, bu il Azərbaycanda Novruz bayramı 20-24 mart tarixləri arasında qeyd olunub.



Xəbərin oxunma sayı : 562




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap