“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ermənistanı Rusiyanın tərkibinə qatmaq lazımdır“ - Jirinovski

Tarix 27.02.21, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda hazırkı baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları səngimir.

Virtualaz.org bildirir ki, Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski "Komsomolskaya pravda" radiosunun efirində böhran vəziyyətindən çıxmaq üçün öz təklifini verib.

"Bundan sonra nə olacaq? Artıq otuz ildir ki, orada belədir. Əgər erməni problemini götürsək, bu, artıq üç yüz ildir, bəlkə də min ildir. Qərar çarın dövründə olduğu kimi - birdir: Rusiyanın tərkibində Yerevan quberniyası. Hamısı sakitləşəcək", - siyasətçi bildirib.

Deputatın fikrincə, danışıqlar üçün hamını bir yerə yığmaq və dəyirmi masa keçirmək mümkün deyil.

“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsünüz, parlamentin iclası artıq keçirilməyib. Çünki Paşinyanın “Mənim addımım” partiyası gəlmir, partiya liderləri. Və iclası açmırlar. Yəni orada dəyirmi masa mümkün deyil. Ermənistan dünyanın o hissəsində - Qafqazda, Şərqdə - yerləşir ki, orada bütün məsələlər güclə həll olunur”, - deyə Jirinovski izah edib.

Deputat qeyd edib ki, ermənilərin özlərindən, əlbəttə ki, Rusiyaya qoşulmaq istəkləri barədə soruşulmalıdır və imtina etsələr, bundan sonra Ermənistana kömək edilməməlidir.

"Əgər istəmirlərsə, qoy qalsınlar. Amma biz oraya bir əsgər də göndərməyəcəyik. Heç bir mərmi də. Heç bir yardım etməyəcəyik. Amerikalılara isə yardım etmək çətindir", - deyə RLDP sədri fikrini yekunlaşdırıb.

Liberal-Demokrat Partiyasının sədri hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. Onun proqnozuna görə, yaxın günlərdə respublika sakinləri yeni siyasi rejim formatında oyanacaqlar.

Jirinovskinin fikrincə, Nikol Paşinyan tezliklə xaricə qaça və ya Amerika səfirliyində "gizlənə" bilər.

“Dəyişiklik qaçılmazdır. Və bu mütləq deyil ki, rusiyapərəst olsunlar. Hər halda, onlar NATO tərəfdarı deyillər. Çünki NATO tərəfdarları, amerikayanlılar Paşinyanın şəxsində iqtidardadırlar”, - deyə rusiyalı siyasətçi əlavə edib.



Xəbərin oxunma sayı : 985




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap