Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Evini sığortalamayan üçün cərimə mexanizmi” - AÇIQLAMA

Tarix 05.12.24, 20:44

Font ölçüsü : - / +
bitmap-img6


“Vətəndaşlar arasında sığorta maariflənməsi yetərincə aparılmır. Düşünürəm ki, insanlar sığortanın mahiyyətinin tam fərqinə varmırlar. Sığortanın onları gələcəkdə hansı maddi zərərlərdən xilas edəcəyi barədə yetərincə məlumatlı deyillər. Həmçinin, icbari sığorta yetərincə oturuşmayıb. Əmlakın düzgün icbari sığortasının yenilənmə forması, cərimə mexanizmi təmin olunmayıb deyə, 80-85 faiz əmlakın icbari sığortası yoxdur”.

Bu sözləri Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib. Könüllü sığorta növünün daşınmaz əmlak sektorunda nə dərəcədə təsirli olması barədə danışan ekspert bildirib ki, könüllü sığorta növünü inkişaf etdirmək üçün düzgün cərimə, tənbeh mexanizmi olmalıdır:

“Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında cərimə mexanizmi tətbiq edilir və bu sayədə ölkə ərazisindəki avtomobillərdə 100 faiz sığortalanma var. Əmlakın sığortası məsələsində də bu prosesi tətbiq etməklə könüllü sığorta növünü tam təmin etmək olar. Bu sahədə könüllü sığorta növünə çox az insan müraciət edir. Sığortalanan əmlakların böyük əksəriyyəti isə qeyri-yaşayışlarla bağlıdır. Könüllü sığorta etdirməklərinə səbəb isə başlarına gələn bədbəxt hadisələrlə əlaqəlidir.

Əmlakın könüllü sığortası ilə bağlı birinci növbədə icbari sığorta növü öz yerini almalıdır. Bundan sonra könüllü sığorta növünün daha qlobal rəsmiləşdirilməsi barədə danışmaq olar. Düşünmürəm ki, burada sığorta şirkətlərinə inam azdır. Ümumiyyətlə, sığortaya inam yetərincə deyil. Bunun başlıca səbəbi maarifləndirmənin zəif olması və insanlara sığortanın mahiyyətini düzgün, yetərincə izah etməməkdir”.

V.Bədəlov onu da qeyd edib ki, əmlakın könüllü sığorta növünü rəsmiləşdirmək üçün onun icbari sığortasının olması vacibdir:

“Könüllü sığorta növü isə həm daşınmaz əmlaka, həm də onun daxilində olan daşına bilən əmlaka şamil olunur. Əminliklə demək olar ki, sığorta şirkətinin öz üzərinə götürdüyü məsuliyyətin yanında ödəniş çox minimum olur. Ona görə hər kəs sözügedən sığorta növündən istifadə edə bilər”.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap