“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş

Tarix 18.02.20, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


"Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri "Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, "MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciətində "Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də "Gilan Orchards”ın "AFB Bank”dakı hesabına həbs qoyulub.

Məhkəmə prosesinin yekununa yaxın tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra "MET-AK” məhkəməyə müraciət edərək "Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. Sazişə görə, "Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəyəcəyini öhdəsinə götürüb.

Fevralın 11-də keçirilən məhkəmə prosesində "Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.

Qeyd edək ki, "Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.



Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap