“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Həyatımda heç kim yoxdur” - Aysel Əlizadə

Tarix 25.05.20, 20:10

Font ölçüsü : - / +
bitmap-img6


“Elə qız yoxdur ki, ailə qurmaq istəməsin. Bu, mən də daxil olmaqla, hər bir qızın arzusudur. Nişanlanmamışam, həyatımda da heç kim yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu müğənni Aysel Əlizadə “ARB” telekanalında yayımlanan “Hüseynova bacıları” şou proqramında deyib.

“Ailə quracağım insanın yaşı önəmli deyil. Amma qədəri var. Ailədə hər zaman danışanda deyirlər ki, kişi ilə qadın arasında 5-6 yaş fərq olmalıdır. Düşünürım ki, ailə quracağım bəylə eyni yaşda da ola bilərik. 5-6 il yaş fərqi ola bilər, amma bundan çox olmamaq şərtilə.

Bu il 30 yaşım tamam olacaq. 25 yaşına kimi ailə qurmaq haqqında düşünməmişəm. İki ildir ki, bu barədə fikirləşirəm, o istiqamətə yönəlmişəm. Ailə quracağım bəyin görünüşü önəmli deyil. Mən bir dəfə ailə həyatı qurmaq istəyirəm. Amma bilmək olmaz, sabah başıma nə iş gələ bilər. Elə bir şəxs olmalıdır ki, onunla həyatımı bölüşə bilim. Ailə quracağım insandan nəyisə öyrənmək istəyirəm. Həyat təcrübəsi olan bir bəy olmalıdır.

O ki qaldı ailə quracağım bəyin maddi vəziyyətinə, insan aza da, çoxa da qane olur. Yetər ki, əl-ələ verib, nəyisə etməyi bacaran bir şəxs olsun yanımda. Ola bilər ki, maaşı az olsun. Amma görürsən ki, potensialı çoxdur. Bu gün az qazana bilər, bir ildən sonra hamıdan çox qazana bilər.

Vallah, yoxdur həyatımda heç kim. Bilmirəm, qorxurlar, yoxsa nə məsələdir (gülür)?”





Xəbərin oxunma sayı : 646




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap