“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Keçmiş ərim məni səkkiz ay işsiz qoydu” - Mina

Tarix 08.06.23, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


“Keçmiş həyat yoldaşımla anlaşa bilmədik, xasiyyətimiz uyğun gəlmədi. Buna görə də, ayrılmağa qərar verdik. Onunla bir il olardı ki, tanış idim. Sonra da öz istəyimizlə rəsmi şəkildə ailə qurduq. Keçmiş həyat yoldaşım məndən əvvəl evli olmayıb. İki yaş məndən kiçik idi”. 

Bizim.media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Uğursuz ailə həyatından söz açan sənətçi bildirib ki, keçmiş həyat yoldaşı onu aldadıb: 

“Mən zəngin həyat yaşayacağam deyə ərə getməmişdim. Həyat yoldaşı gərək heç bir məsələdə sənə yalan danışmasın. Niyə yalandan evinin, avtomobillərinin olduğunu deməlisən? Deyirdi ki, işim var, sən də sənətini at. Sənə özüm baxacağam. Beləcə məni səkkiz ay işsiz qoydu.
Bunları mən yaşadım. Sonra bildim ki, onun mənə dediklərinin hamısı yalan imiş. Onun heç bir işi yox idi. Dedi ki, mənə ərə gəlməyəcəkdin, ona görə yalan danışdım. Onun müəyyən qədər pulu var idi. Bu səkkiz ay ərzində yavaş-yavaş həmin pulları xərcləyirdik. Ağılsızlıqdan olan-qalan bütün pulunu xərclədi. Onun da, mənim də işim yox, axırımız hara gedir?

O əgər mənə işləməyə icazə versəydi, ailəmizi mən dolandırardım. Ailəmə görə, sənətimin üstündən xətt çəkdim. Sonda da gələcəyi olmayan ailəyə çevrildik... Bizim aramızda çox problemlər vardı. Mənə çox yalanlar danışdı. Ailədə maddiyyat çox önəmlidir”.  

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən ilin mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlayıb. Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub.    
  



Xəbərin oxunma sayı : 1000




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap