“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Kəpəz Naftalan“ sanatoriyasında ginekoloji xidmət göstərilib - 6 min cərimələndi

Tarix 09.08.24, 19:14

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi "Kəpəz Naftalan" sanatoriyasında planlı yoxlamalar aparıb. 

Qaynarinfo-nun məlumatına görə, yoxlama sanatoriyanın Naftalan şəhəri, Nizami küçəsi 7-də yerləşən "Kəpəz" Sağlamlıq Mərkəzində baş tutub. 

Yoxlama zamanı müəssisədə lisenziyadan kənar "fizioteropevt" və "klinik biokimyəvi" iş və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyət, ginekoloji fəaliyyətlə məşğul olma faktları aşkarlanıb. 

Həmçinin həkimlər sanatoriyada ginekoloji fəaliyyət göstərsə də, sertifikasiyadan keçməyiblər. Amma onlar sanatoriyada həkim-mamaginekoloq kimi rəsmi əmək haqqı alıblar. 
Eyni zamanda müəyyən olunub ki, sanatoriyada fizioterapevtik və klinik-biokimyəvi fəaliyyətlə məşğul olmaları üçün lisenziya alınmayıb. Buna baxmayaraq, sanatoriyada həmin fəaliyyətlə uzun müddətdir məşğul olublar. 

Sadalananlar pozuntu olduğu üçün sanatoriya rəsmi "Kəpəz" firması altında fəaliyyət göstərdiyi üçün sözügedən şirkət barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə "Kəpəz Naftalan" sanatoriyasının rəhbəri İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən, 6000 manat məbləğində cərimə edilib.



Xəbərin oxunma sayı : 874




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap