“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İki dəfə yaralansa da döyüşə gedən, 8 yoldaşını xilas edən Şuşa şəhidi - FOTOLAR

Tarix 11.01.21, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Qırx dörd günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Belə igidlərdən biri də Qax rayonunun 23 yaşlı qəhrəmanı Hacıəhməd Hacıəhmədlidir.

"Report" xəbər verir ki, Hacıəhməd Həsən oğlu Hacıəhmədli 1998-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb.

Hacıəhməd orta məktəbi Zərnə kəndində bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətənə olan borcunu yerinə yetirdikdən sonra hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib. Ali təhsil almasına baxmayaraq, öz ixtisası üzrə işləməkdən imtina edərək müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayan Hacıəhmədə Vətən müharibəsində iştirak etmək də nəsib olub. Sentyabrın 27-dən etibarən ordumuzun əks hücum əməliyyatlarında qəhrəmanlıq göstərən Hacıəhməd Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçın dəhlizinin işğaldan azad edilməsi uğrunda döyüşüb. O, bu döyüşlərdə 8 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb. Ayağından və gözündən yaralanmasına baxmayaraq, 15 günlük məzuniyyətdən imtina edərək, müalicə olunduğu qospitaldan birbaşa cəbhəyə yollanıb.

Hacıəhmədin son döyüşü noyabrın 7-də Şuşada olub. O, Şuşa qalası ətrafında ən uca zirvəni fəth edən zaman şəhid olub.

Hacıəhmədin valideynləri indi övladları haqqında yalnız fəxarətlə danışırlar.

Hacıəhməd Hacıəhmədli ölümündən sonra 4 medalla "Vətən uğrunda", Şuşanın, Füzulinin və Qubadlının azad olunması uğrunda medalları ilə təltif edilib. Şəhid Zərnə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!







Xəbərin oxunma sayı : 2278




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap