Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Landmark” Sahil Babayevin idarəçiliyinə keçdi - Qiymətlər artdı

Tarix 26.10.25, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3-cü binanın  “Aqrarkredit” QSC-ə satılması barədə xəbər vermişdik.

Xatırladaq ki, “Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

“Landmark” Biznes Mərkəzi sahiblərinin müxtəlif problemlərlə üzləşdiyi barədə məlumat yayılmışdı.

Qeyd olunurdu ki, müxtəlif kommunal qurumlarda “Landmark”la bağlı sənədləşməyə “stop” qoyulub. Nəticədə xidmətlərin dayandırılması gözləniləndir.

Mərkəzin sahibi Eran Müdüroğölunun isə Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.

O, bir müddət əvvəl Biznes Mərkəzinin 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları üzə çıxarıb.

Problemlərin həllinə nail ola bilməyən iş adamı sonda “Landmark 3″ü satmağa məcbur qalmışdı.

Bu arada isə “Landmark”la bağlı Gununsesi.info-ya daha bir xəbər daxil olub.

Həmin xəbərə görə, həmin bina bu dəfə “Aqrarkredit”dən alınaraq maliyyə naziri Sahil Babayevin idarəçiliyinə verilib. Daha doğrusu Sahil Babayevə məxsus “Alterum” şirkəti Landmark 3-ə sahiblənib.

Bununla belə əldə etdiyimiz məlumatda deyilir ki, bu biznes mərkəzi Sahil Babayevin himayəsinə keçdikdən sonra qiymətlər bahalaşıb.

“Landmark”kompleksində çalışan işçilərə binanın 9-cü mərtəbəsində yerləşən fitnes salonundan istifadə etmək pulsuz olsa da, yeni rəhbərlik bu xidməti pullu edib.

“Landmark”da yerləşən büdcə restoranları Snack & Salad və Nilüfərdə qiymətlər kəskin şəkildə qaldırılıb.

Yemək və xidmətin keyfiyyəti isə əvvəlkindən daha da pisləşib. Kompleksdə çalışan xidmət işçiləri yeni rəhbərlikdən narazıdır, amma işçilər səslərini çıxarmaqdan qorxurlar çünki rəhbərlik işçiləri maddiyyat ilə çıxarmaqla hədələyir. İş o yerə çatıb ki, həmin ətrafın ən keyfiyyətsiz kofe yerlərindən olan Dolce Pausa-da qiymətlər 7 manata qalxıb.

Əməkdaşlar Eran Müdüroğlu dövründəki şəraiti nostalji hisslərlə xatırlayırlar.

Hətta kompleksdə qiymətlər o qədər artıb ki, artıq orada heç bir təşkilat tədbirlər təşkil etmək istəmir.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap