Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Onlara 2 ev vermişəm, siz öz dərdinizi çəkin!” - VİDEO

Tarix 27.10.25, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı Laləzar Əliyevanın ittihamları ilə bağlı növbəti dəfə açıqlama verib.

Deputat bu barədə “Baku TV”yə danışıb.

O qeyd edib ki, məişət zəminində bu prosesin başlanması üçün heç bir motiv, heç bir əsas yoxdur: “Ola bilər ki, deputat olasan, qızının evi olmaya, çöllərdə qala?! Məntiqsizliyi görmürsünüz? Ödədiyim alimentin də qiyməti 850 manat olub. Siz deyirsiniz ki, gərək qızı ilə bağlı çıxıb həqiqəti deyəydi. İnsanın nankorluğu görəndən sonrakı reaksiyasını başa düşün. Üstəlik, gecə-gündüz dövlətə, dövlətçiliyə xidmət edən, mövqeli insan olasan. Kimlərsə hesab edər ki, mən sındım, zəiflədim və s. Yox! Qətiyyən! Mən bundan sonra dövlətimizin düşmənləri ilə daha güclü, daha inadcıl mübarizə aparacağam”.

E.Nəsirov bildirib ki, ilk nikahdan olan qızının ata-babadan qalma 3-4 evi var: “Bunu çox tirajlayırlar ki, deputatın qızı çöllərdə qalıb. Onların ata-babadan qalma 3-4 evi var. Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində 3 otaqlı bir ev, 1 otaqlı da bir ev gələn il istifadəyə veriləcək. O evlər də onlarındır. Yəni mənzillə, evlə bağlı problem yoxdur. Mən hətta özünü ürəyi yanırmış kimi danışanlara üzümü tutub deyirəm ki, yazıqsınız, özünüz kirayədə yaşayırsınız, gedin öz halınıza yanın, öz dərdinizi çəkin. Evləri də, eşikləri də var. Sadəcə öyrədirlər, istiqamətləndirirlər, Elman Nəsirov ki bu qədər prinsipial, qətiyyətli mövqeyə malikdir, bəs bunda necə zəif nöqtə tapaq?!”

Qeyd edək ki, son günlərdə L.Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq deputat Elman Nəsirovun qızı olduğunu qeyd edib və ondan ata kimi qayğı görmədiyini vurğulayıb. E.Nəsirov isə onun açıqlamasının həqiqətə uyğun olmadığını bildirmişdi.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap