Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda bu yaşayış məntəqəsinin adı yoxdur - VİDEO

Tarix 27.10.25, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


Tovuzda təxminən 300 nəfərin yaşadığı ərazinin adı yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, həmin yaşayış məntəqəsində 70-ə yaxın ev var.

Həmin məntəqə Tovuzun Qəribli kənd inzibati ərazi dairəsinə tabe olan yaşayış məntəqəsidir, lakin adı yoxdur.

Hələ sovetlər dönəmindən burada yaşayış mövcud olub. Sonradan, müstəqillik dövründə bir qrup sakin dağdan Aran hissəyə köçüb. Təbii qazı, elektrik enerjisi, interneti, rabitə xətti, bir sözlə, bəzi infrastrukturu mövcuddur. Lakin Qəribli inzibati ərazi dairəsinin tərkibində  olan bu ərazi adsız qalıb.  

El arasında "Aran Şamlıq" kimi adlandırılır, lakin rəsmi olaraq özünün ayrıca adının olmaması sakinlərin işini çətinə salıb. Qəribli kəndi ilə bu yaşayış məntəqəsinin arasında təxminən 70 km  məsafə var. Sakinlər deyir ki, elə buna görə də adi bir sənəd, yaxud başqa bir səbəb üçün gərək onlar kifayət qədər məsafə qət edib, zaman sərf etsinlər. Burada yaşayan sakinlərin övladları isə yaşayış məntəqəsində məktəb olmadığından bir neçə kilometr kənarda yerləşən Düz Qırıqlı kəndindəki məktəbə getməli olurlar.

 Məsələ ilə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan respublikasının ərazi quruluşunun prinsiplərindən biri kiçik ərazi vahidlərinin ərazilərinin daha böyük ərazi vahidlərinin tərkibinə daxil edilməsidir. Odur ki, Qəribli kəndinin tərkibinə daxil olan həmin ərazinin ayrı ərazi vahidi kimi tanınması və adlandırılması məqsədəuyğun deyil. 




Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap