“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İlham Əliyev daha bir rekordu qırdı - Türkiyə mətbuatı

Tarix 26.02.21, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı qətliamının ildönümü ilə əlaqədar azərbaycanlı, türk və xarici jurnalistlərlə mətbuat konfransı keçirib.

Azərbaycan Prezidenti 24 televiziya kanalı tərəfindən canlı yayımlanan və dünyanın dörd bir yanından 100-ə yaxın yerli və xarici jurnalistin qatıldığı mətbuat konfransında jurnalistlərin suallarını 4 saat cavablandıraraq, dünya rekordunu qırıb.

Bunu Türkiyə mətbuatı qeyd edib.

Görüşdə Amerika, Böyük Britaniya, İran, İspaniya, Türkiyə, Rusiya və digər ölkələrdən gələn 100-ə yaxın jurnalist iştirak edib.

Prezident su belə içmədən bir-birinin ardınca 4 dildə verilən sualları cavablandıraraq, dünya mətbuatının rəğbətini qazanıb.

24 televiziya kanalının canlı yayımladığı konfransda ara verməyən Prezident ana dili ilə yanaşı, ingilis, rus, Türkiyə türkcəsində verilən sualları cavablandırıb. İlham Əliyevin fransız dilini də bildiyi ifadə edilib.

Pandemiya səbəbindən onlayn olaraq keçirilən mətbuat konfransında İlham Əliyev Qlobal Jurnalistlər Şurasının (KGK) təşkilatı ilə Bakıya gələn xarici jurnalistlərin suallarını da diqqətsiz qoymayıb.

KGK İdarə Heyətinin sədri Mehmet Ali Dim, Prezidentin 4 saatlıq fasiləsiz konfransla dünya rekordu qırdığını söyləyib:

“Mən hələ belə bir səbirli lider görməmişəm. Bütün suallara səmimi cavab verdi. Azərbaycan xalqı çox şanslıdır. Bu cür təcrübəli və savadlı lider hər ölkədə ola bilməzdi”.

Londonda fəaliyyət göstərən jurnalist, KGK baş katibinin müavini Aynur Tattersall isə dünya liderləri ilə görüşməyin ortalama yarım saatdan 1 saata qədər davam etdiyini bildirib:

“25 ildir jurnalistəm, dünyanın dörd bir yanında mətbuat konfranslarını izləmişəm. Dünya liderinin hər suala jurnalistin öz dilində bu qədər uzun müddət cavab verdiyini ilk dəfədir görürəm”. // Modern.az



Xəbərin oxunma sayı : 1072




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap