| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Əli İnsanovun partiyası niyə qeydə alındı - ilginc səbəblər
Tarix 23.10.21, 12:15 |
|
Ədliyyə Nazirliyi tərəfindən gözlənilmədən sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası qeydə alınıb. Onunla yanaşı, Anar Əsədlinin sədrlik etdiyi Azərbaycan Yüksəliş Partiyası da dövlət qeydiyyatından keçib.
Amma dediyimiz kimi, sabiq nazirin partiyasının qeydiyyatı daha çox gündəm olub. Bu da əsassız deyil. Belə ki, İnsanov 2005-ci ildə öz keçmiş komandasına qarşı çıxan və bundan sonra 13 il həbsxana həyatı yaşayan bir şəxsdir. Həbsdən azad olunduqdan sonra hakimiyyətə qarşı sərt ritorikası ilə seçilib. Amma son zamanlarda demək olar ki, bu sərt mövqedən əsər-əlamət belə qalmayıb. Məhz onun yumşalması fonunda HƏP qarşısında “yaşıl işıq†yandırılması bir sıra suallar yaradıb.
Əli İnsanovun yumşalmasının arxasında nələr dayanır? Sabiq nazir hakimiyyətlə anlaşıbmı?
Əslində onun partiyasının qeydə alınacağı barədə ilk dəfə ötən həftə müsavat.com məlumat vermişdi. Həmin vaxt mötəbər mənbələrdən bizə məlumat daxil olmuşdu ki, İnsanovla partiyasının əsas 2-3 simasından biri sayılan sabiq diplomat İsfəndiyar Vahabzadə arasında ciddi təlatüm yaşanır. Hətta qapalı iclasların birində İ.Vahabzadənin atası, mərhum Xalq şairi Bəxtiyar Vahabzadəni nəzərdə tutaraq İnsanova bu sözləri dediyi qeyd olunurdu: “Mənim atamın bir misrası sizin bütün şəxsiyyətinizdən daha böyükdür...â€
Məhz bu qarşıdurmadan sonra HƏP-in qeydə alınması təsadüfi sayılmır. Çünki İ.Vahabzadə canlı yayımlara çıxdığı kanallarda hakimiyyətə qarşı ən sərt mövqe sərgiləyir. İnsanovun yumşalmasının onunla konfliktə səbəb olduğu yönündə iddialara da rast gəlinir.
İstənilən halda daha iki partiyanın qeydiyyatı hər kəs tərəfindən müsbət qarşılanır. Hakimiyyətin çoxpartiyalı sistem yolunda son iki ildə başlatdığı prosesi daha da genişləndirmək yolunda istəkli göründüyü göz qabağındadır.

Zəlimxan Məmmədli: “Əli İnsanovun partiyasının qeydə alınması nisbətən yumşalma kimi qəbul edilə bilərâ€
HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli partiyalarının qeydə alınmasını və barələrində səslənən iddiaları bu cür şərh etdi: “Biz vaxtaşırı mətbuatda açıqlamalar verirdik. Bildirirdik ki, hüquqdan kənar heç bir addım atmırıq, separatçılığa getmək düşüncəmizdə və mətbəxtimizdə yoxdur. Cəmiyyətin bütövlüyü və islahatlara start verilməsi təbii ki, müsbət addımlar sırasında qəbul edilməlidir. Barış, sülh, anlaşma modelini zaman-zaman təklif etmişik. İctimai diqqət cəlb edib ironik yanaşanlar olub. Hətta bizi qeydə almayacaqlar deyənlər də olub. Sonuncu distansiya məhkəmədə idi. Biz Apelyasiya Məhkəməsində iddia ilə çıxış etdik. Ondan əvvəl sədr qeydiyyatın yubanması ilə əlaqədar ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi. Konkret olaraq, onu qəbul etməsini istədi. Bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə qədər getmək niyyətində idik. Bunu cəmiyyətə zaman-zaman bəyan edirdik. Biz daha çox sağ qulağımızı sol əllə göstəririk. Bu olmamalıdır. Demokratiyaya keçid üçün bir işartılar var. Məsələn, mediaya müəyyən qədər â€yaşıl işıq" yandırılmasını müsbət elementlərdən biri kimi qəbul etmək olar. Eyni zamanda, Əli İnsanovun partiyasının qeydə alınması nisbətən yumşalma kimi qəbul edilə bilər. Amma bir tərəfdən də heç kimin minnətini qəbul etmirik. Partiyamız hüquq müstəvisində artıq 80 rayon təşkilatını qurub. Sənədlər hazırdır, təqdim də olunub. Sadəcə indiyə qədər Azərbaycan cəmiyyətinin üzləşdiyi bürokratik əngəllərlə biz də rastlaşdıq. Bunu da ictimailəşdirdik. Görünür, ictimai basqının da burada müəyyən nəticələri oldu. Müxalifət rəhbərlərinə ictimai kanallarda efirlərin verilməsi cəmiyyətdə müəyyən qədər yumşalma elementlərini göstərdi. Bundan sonra proseslərin necə gedəcəyi tamam ayrı bir məsələdir. Biz qısa zamanda demokratik açılımın olmasını istəyənlərdənik. Təkliflərimiz də meydandadır. Hüquqi qeydiyyat mərhələsindən sonra mübarizənin növbəti mərhələsi başlayır. Daha israrlı şəkildə hakimiyyəti inandırmağa çalışacağıq ki, daha da güclü, bütöv Azərbaycan üçün bütün sahələr üzrə qətiyyətli addımlar atılmalıdır, siyasi sistemdə olan boşluqlar, problemlər aradan qaldırılmalıdır".

Anar Əsədli: “Dəyişim prosesi yavaş-yavaş gedəcəkâ€
AYP sədri Anar Əsədli isə bunları dedi: “Əvvəla, ondan başlayaq ki, hakimiyyət öncəliklə niyə süni əngəllər yaratmalı idi ki, vəziyyət bu yerə gəlib çıxsın. Sonradan yumşalma prosesinə keçdi. Əvvəldən siyasi partiyalara münasibətdə yanlış xətt seçilmişdi. Bilirsiniz ki, son 15-20 ildə siyasi partiyaların fəaliyyətinə çox əngəllər yaradıldı. İndi bunun aradan qaldırılmasına təbii ki, hər birimiz sevinirik. Normalda bu, belə də olmalı idi. Onu da deyim ki, bu əngəllərin aradan qaldırılmasını müsbət gediş kimi cəmiyyətə göstərmək hakimiyyət üçün elə də uğurlu gediş deyil. Təbii ki, bütün siyasi münasibətlər sisteminin təməli dialoqdur. Azərbaycan hakimiyyətinin siyasi partiyalarla bağlı göstərdiyi həssaslığı da təqdir etmək lazımdır. Müsbətə doğru nə varsa, hər birini təqdir edirik. Hesab edirəm ki, siyasi partiyaların qeydə alınması hüquqi məsələ olsa da, bizim kimi ölkələrdə həm də siyasi bir məsələdir. Bu baxımdan düşünürəm ki, münasibətlərin növbəti mərhələsi kimi proseslər bundan sonra fərqli məcralarla müsbətə doğru gedəcək. Ölkədə siyasi münasibətlər sistemində ciddi dəyişikliklər etməyə böyük ehtiyac var. Burada da hakimiyyətin üzərinə çox böyük sorumluluq düşür. Dəyişim prosesi yavaş-yavaş gedəcək. Son bir ildə ölkədə, regionda baş verən dəyişiklikləri hər kəs görür. Gələcək üçün müsbət zəmin açılmaqdadır. Arzu edirik ki, təkcə hakimiyyət və ya müxalifət deyil, bütün siyasi qüvvələrin bir-biri ilə münasibətləri, əməkdaşlığı təkcə sözdə deyil, praktiki cəhətdən həyata keçirilsinâ€.

Tural Abbaslı: “Sərt ritorika sərgiləyən bir partiyanın qeydiyyatdan keçməsi...â€
AÄž Partiya başqanı Tural Abbaslı hər iki partiyaya uğurlar arzuladı: “Ədliyyə Nazirliyinin daha iki partiyanı qeydə almasını müxalif qurum olaraq alqışlayırıq. Qeydiyyata alınan partiyalara münasibətimizin necə olmasından asılı olmayaraq, yaxud onların bizə olan münasibətindən asılı olmayaraq, prosesin özü müsbət haldır. Nəhayət, Azərbaycan hüquqi, ədalətli dövlət olma istiqamətində addımlar atır. Hüquqi və ədalətli dövlət olmanın əsas atributlarından biri də məhz çoxpartiyalı sistemdir. Bu günə qədər illər idi ki, siyasi partiyaların qeydə alınmasına problemlər yaradılırdı. Bu problemlər Avropa Məhkəməsinə qədər gedib çıxırdı. Təbii ki, o məhkəmələrə qədər gedib çıxan problemlər ölkəmizə qarşı beynəlxalq aləmdə problemlər yaradırdı. İndi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətində bu məsələlərdə daha çox liberallaşma gedib. Artıq demək olar ki, bir neçə müxalif partiya qeydiyyatdan keçib. Hətta indinin özündə sərt ritorika sərgiləyən bir partiyanın qeydiyyatdan keçməsi çox müsbət haldır. Hər iki partiyaya uğurlar arzulayıram. Bu addımı demokratikləşmə və hüquqi dövlət quruculuğu yolunda çox önəmli addımlardan biri hesab edirəm. Ardı gəlsin. Biz müxalifət olmağımıza baxmayaraq, yaxşıya yaxşı, neqativə neqativ deməyi bacarmalıyıqâ€.

Qabil Hüseynli: “Əli İnsanova mesaj göndərilib ki, buyur, bu meydan, gəl, nə gücün varsa, göstərâ€
Sabiq dövlət müşaviri Qabil Hüseynli sabiq nazirə mesaj göndərildiyini düşünür: “Açığı deyim ki, İnsanovun hakimiyyətlə anlaşmasını çətin təsəvvür edirəm. Hətta bunu mümkünsüz sayıram. Çünki Əli İnsanov hakimiyyəti daha qəddar formada tənqid etməkdədir. Partiyaların qeydə alınmasını siyasətin humanistləşdirilməsi, demokratik çalarların artırılması kimi qəbul etmək olar. İqtidar Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıb. Həmin şöbə partiyalarla fəal iş aparır. Eyni zamanda, partiyaların qeydiyyata alınmasına əvvəllər yaradılan əngəlləri aradan qaldırmaq üçün ciddi səy göstərir. Üstəlik, həmin partiyalara simvolik qiymətə mənzil qərargahların ayrılması çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsinə ciddi töhfələr verməkdədir. Bu siyasi plüralizmin vacib məqamlarından biridir. Mənə elə gəlir ki, hakimiyyət siyasi partiyaları qeydiyyata almaqla onların arasında bir siyasi rəqabət mühitinin formalaşdırılmasına da cəhd edir. Burada açıq istək görünür. Vətən müharibəsi və ondan sonrakı dövr göstərdi ki, siyasi partiyalar ümummilli məsələlərdə kifayət qədər ortaya prinsipal mövqe qoyurlar. Yaranan milli problemlərin aradan qaldırılmasında prezidentin siyasəti müdafiə edildi. Milli həmrəyliyin, gücün təcəssüm etməsində böyük rol oynadılar. Əli İnsanov məsələsinə bir daha qayıdıb deyirəm ki, burada qarışıqlı anlaşma görə bilmirəm. Çünki müraciət edən partiyaların hamısı qeydə alınıb. Eyni zamanda, düşünək ki, İnsanovun hakimiyyət üçün elə ciddi qorxusu yoxdur. Ona görə də hakimiyyətin onun qarşısından geri çəkilib partiyasını qeydə aldığını düşünməyin özü çox gülünc olardı. Kifayət qədər yaşlı bir adamdır. Hansısa bir məsələ ilə bağlı təklif sürməkdə elə də fəal deyil. Sadəcə, hakimiyyət humanist siyasət yürütdüyünü bir daha ortaya qoyur. Bununla həm də Əli İnsanova mesaj göndərilib ki, buyur, bu meydan, gəl, nə gücün varsa göstərâ€.(musavat.com)
Xəbərin oxunma sayı : 2428
Siyasət
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






