“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Əli Əsədov qaydaları təsdiq etdi – Reysterdən istifadə pulsuzdur

Tarix 25.01.20, 22:29

Font ölçüsü : - / +
bitmap-img6


Baş Nazir Əli Əsədov “Turizm Reyestrinin aparılma Qaydası”nı təsdiq edib.

AzFakt.com xəbər verir ki, qaydalar “Azərbaycan Respublikasında turizmin inkişafıilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinə uyğun olaraq hazırlanıb.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi  məqsədilə elektron formada aparılır.

Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi  üçün nəzərdə tutulan müvafiq vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Reyestrin strukturu aşağıdakılardan ibarətdir:

1. turizm ehtiyatları;

2. turizm məhsulları;

3. turizm sənayesinin subyektləri:

Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- turizm ehtiyatının növü, adı, ünvanı və ya yerləşdiyi ərazi, xarakterik xüsusiyyətləri, əlaqə vasitələri;

- turizm məhsulunun növü, xarakterik xüsusiyyətləri və əldə edilmə üsulları.

Reyestrdən istifadə qaydalarına görə, “ASAN login” vasitəsilə identikləşdirildikdən sonra Reyestrdə yaradılan elektron kabinetlərə daxil olmaqla, istifadəçilər (Azərbaycan Respublikasında vergi uçotuna alınmamış xarici hüquqi və fiziki şəxslər istisna olmaqla) aşağıdakı xidmətlərdən istifadə edirlər.

- turizm sənayesinin subyektləri tərəfindən turizm tədbirlərində (sərgi, festival, konfrans, seminar və s.) iştirak etmək üçün müraciətlərin edilməsi;

- turizm üzrə investisiya layihələrinin təqdim edilməsi;

- turizm sahəsində statistik məlumatların, Agentlik tərəfindən  hazırlanmış analitik hesabat və araşdırma nəticələrinin əldə edilməsi.

Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsizdir.



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap