Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Əliyevi seçkilərdə udmaq həddən artıq çətindir – Natiq Cəfərli qərarlarını açıqladı

Tarix 11.12.23, 10:04

Font ölçüsü : - / +
bitmap-img6


“Növbəti növbədənkənar prezident seçkiləri elan olunan kimi REAL-da daxili müzakirələr başlandı, arqumentlərin və tezislərin “savaşını” gördük, bu, çox gözəldir, demokratik idarəetmə ənənələri yaratmaq üçün vacib ortamdır. Dünən saatlarla müzakirələrdən sonra səsvermə oldu. 8 nəfərlik Siyasi Komitə üzvlərinin səsləri 3 nəfər iştirakın lehinə, 3 nəfər əlehinə, 2 nəfər isə qərarsız kimi bölündü. İclasda qərara gəldik ki, daha bir neçə gün “beyin fırtınasını” davam etdirək, hər bir yanaşmanı müdafiə edənlər öz mövqelərini Siyasi Komitə üzvləri arasında arqumentləşdirməyə davam etsinlər. Amma istənilən halda qəti qərarımız üzümüzə gələn həftə elan olunacaq”.

AzFakt.com xəbər verir ki, bunu REAL-ın Siyasi Komirtəsinin üzvü Natiq Cəfərli öz Facebook səhifəsində yazıb.

Cəfərli bildirib ki, Siyasi Komitənin bütün üzvləri bir məsələdə tam konsensusa gəldi: “REAL üçün prioritet parlament seçkiləridir və bizim prezident seçkilərində iştirak edib-etməməyimiz məhz bu əsas məqsədə uyğunlaşdırılmalıdır. Aydındır ki, indiki şəraitdə İlham Əliyevi prezident seçkilərində udmaq həddən artıq çətin görünür, amma iştirak tərəfdarları seçkini təbliğat fürsətinə, bu müddət ərzində parlament seçkilərinə starta çevirməyi təklif edirlər. İlk baxışdan çox məntiqli yanaşmadır. Amma iştirakın əleyhinə olanların da ciddi arqumentləri var.

Məsələn: Seçki müddəti boyunca böyük maliyyə vəsaiti tələb edir, REAL-ın maddi imkanları məhduddur, prezident seçkilərinə qatılsaq, qısıtlı olan maliyyə resurslarımızı xərcləsək, o zaman fevraldakı seçkilərdən cəmi 8-9 ay sonra baş tutacaq parlament seçkilərinə resursumuz çox az qalacaq”.

Cəfərli əlavə edib ki, istənilən halda seçki prosesində iştirak edəcəyik: “Çünki iştirakın müxtəlif formaları, alqoritmi var, həm də biz əminik ki, illərdir ölkədə aşılanan mənasız, məzmunsuz, ancaq iqtidara sərf edən boykot siyasətinə son vermək lazımdır”.



Xəbərin oxunma sayı : 919




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap