“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Müəllimlər otağı olmayan məktəb...- VİDEO

Tarix 26.09.23, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Təhsil müəssisəsində şagirdlər və pedeqoji kollektiv üçün ciddi problemlər var

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə müəllimlər otağı, akt zalı, hərbi hazırlıq otağı, idman zalı, kitabxana və yeməkxana yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən təhsil müəssisəsinin müəllim və valideynləri məktəbdə şagirdlər və pedeqoji kollektiv üçün ciddi problemlərin olduğunu bildiriblər.

Qeyd olunub ki, 240 şagird yerlik məktəbdə hazırda 1 000-dən çox şagird 4 növbə üzrə təhsil alır. Sıxlıq səbəbindən bu il 5 yaşlıların məktəbə qəbulu olmayıb.

Müəllim və valideynlər iddia ediblər ki, şagird sıxlığı səbəbindən dərslər yaxınlıqda olan, əvvəllər tibb məntəqəsi kimi fəaliyyət göstərmiş binada keçilir. 
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı səbəbindən 5-ci ildir, yaxınlıqda yerləşən, əvvəllər ambulator mərkəz kimi fəaliyyət göstərmiş fiziki şəxsə məxsus binadan istifadə edilir. Təhsil müəssisəsinin həyətyanı sahəsində 660 şagird yerlik yeni korpusun tikintisi üçün Elm və Təhsil Nazirliyinə təqdimat yazılıb və bunun Dövlət proqramına salınması nəzərdə tutulub.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 1159




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap