“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Elçin Əmirbəyov Polşada görüşlər keçirib - FOTO

Tarix 13.12.25, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan-Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd ediblər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpaolunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd ediblər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan-Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksəksəviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində "Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, Orta Dəhliz və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan "TVP World" və "Polşa Xəbərlər Agentliyi" kimi nüfuzlu media orqanlarına müsahibələr verib.






Xəbərin oxunma sayı : 127




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap