“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sərhədləri aşan investisiya: Xaricilər niyə Azərbaycandan ev alırlar?

Tarix 28.02.26, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Son beş ildə Azərbaycanın daşınmaz əmlak bazarında diqqətçəkən bir statistika formalaşıb. 2021-2025-ci illərdə xarici ölkə vətəndaşları ölkəmizdə ümumilikdə 6 913 daşınmaz əmlak əldə edib. Bu alımların böyük hissəsi isə bir ölkənin payına düşür: həmin dövrdə 4 638 mənzil Rusiya Federasiyası vətəndaşları tərəfindən alınıb. Yəni xarici alıcıların ümumi sayında açıq üstünlük Rusiyaya məxsusdur. Siyahının növbəti pillələrində Gürcüstan (716) və Türkiyə (312) qərarlaşıb. Ardınca Ukrayna (198), İran (187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63) və İsrail (58) gəlir. Bu statistika təkcə alqı-satqı faktı deyil, həm də Azərbaycanın son illər xarici vətəndaşlar üçün cəlbedici məkan kimi önə çıxmasının göstəricisidir. Xaricilərin minlərlə mənzil alması bazarda yeni istiqamət formalaşdırır və sual yaradır: bu alımların arxasında hansı motivlər dayanır? Xaricilərin daşınmaz əmlak bazarımıza yönəlməsi bu sahəyə necə təsir göstərir?

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sərhədləri aşan investisiya: Xaricilər niyə Azərbaycandan ev alırlar?

Rusiya-Ukrayna müharibəsinin təsiri

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, xarici ölkə vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak almasının bir sıra səbəbləri var: "Statistikada ilk sırada Rusiya vətəndaşları görünsə də, ev alanların əhəmiyyətli hissəsi orada yaşayan və Rusiya pasportu daşıyan azərbaycanlılardır. Bu tendensiya Rusiya-Ukrayna müharibəsindən sonra daha da güclənib. Eyni zamanda, ölkəmizə işləmək üçün gələn və oturum almaq istəyən şəxslər üçün dəyəri 100 min manatdan yuxarı olan daşınmaz əmlak əldə etmək müəyyən imkanlar yaradır. Miqrasiya məqsədli alqı-satqılar bunu təsdiqləyir. Oturum almaq məqsədilə mənzil əldə edənlərin bir qismi həmin evlərdə yaşamır, onları kirayəyə verirlər. Bununla yanaşı, investisiya xarakterli alışlar da var. Bəzi alıcılar mənzilləri kirayə vermək üçün əldə edirlər. Statistikada illər üzrə artım və azalma müşahidə olunur ki, bu da əsasən alıcıların yaşadığı ölkələrdəki iqtisadi vəziyyətlə bağlıdır. İqtisadi sabitlik dövründə xaricə investisiya marağı azalır, qeyri-müəyyənlik və iqtisadi geriləmə zamanı isə kapital daha təhlükəsiz hesab edilən istiqamətlərə yönəlir".

R.Osmanlının fikrincə, ümumilikdə xarici alıcıların bazardakı payı böyük deyil: "Buna görə də onların bazardan çəkilməsi ciddi risk yaratmır. Əksinə, xüsusilə investisiya məqsədli vəsait axını ölkəyə əlavə kapital cəlb edilməsi baxımından daşınmaz əmlak bazarı üçün müsbət tendensiya hesab olunur".

Sərhədləri aşan investisiya: Xaricilər niyə Azərbaycandan ev alırlar?

"Mənzillər kapitalı qorumaq üçün alınır"

İqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, bu rəqəmlər miqrasiya statistikası ilə üst-üstə düşür: "Azərbaycandan miqrasiya edənlərin 60-70 faizi Rusiyaya köçüb və ölkəmizdə mənzil alanların böyük hissəsi də məhz orada yaşayan azərbaycanlılardır. Xaricdə müxtəlif məqsədlərlə yaşayan soydaşlarımız vətəndə əmlak almağı həm gələcək plan, həm də təhlükəsizlik addımı kimi qiymətləndirirlər. Onların bir qismi yaşlandıqda Azərbaycana qayıdıb burada yaşamaq niyyətindədir, digərləri isə çalışdıqları ölkədə iqtisadi və ya siyasi risk yaranarsa, geri dönmək üçün əvvəlcədən mənzil sahibi olmağa üstünlük verirlər. Məsələn, bəzi İran vətəndaşları mümkün qeyri-sabitlik ehtimalını nəzərə alaraq Azərbaycanda ev almaqla özlərini sığortalayırlar. İnvestisiya məqsədli alışlar da kifayət qədərdir. Mənzillər kirayə gəlir əldə etmək və kapitalı qorumaq üçün də alınır. Bununla yanaşı, ölkəmizdə uzun müddət yaşayan və işləyən xarici vətəndaşlar da zamanla mənzil sahibi olurlar".

Sərhədləri aşan investisiya: Xaricilər niyə Azərbaycandan ev alırlar?

İqtisadçı xaricilərin ölkəmizdən mənzil sahibi olmasının yaratdığı üstünlüklərdən də bəhs etdi: "Ümumi göstəricilər bu alımların genişmiqyaslı olmadığını göstərir. Xarici vətəndaşların daşınmaz əmlak bazarına yönəltdiyi vəsaitin illik həcmi təxminən 200-300 milyon manat qiymətləndirilir. Bu məbləğ ümumi bazarın 4-5 faizini təşkil etsə də, tikinti sektoruna və daşınmaz əmlak bazarına xarici investisiya axını baxımından əhəmiyyətlidir. Bu kapital tikinti sektorunda əlavə tələb formalaşdırır, inşaat fəaliyyətini stimullaşdırır və məşğulluğa müsbət təsir göstərir. İl ərzində təxminən 30 min mənzilin satıldığını nəzərə alsaq, xarici vətəndaşların aldığı mənzillər ümumi dövriyyənin 4-5 faizinə bərabərdir".

Sərhədləri aşan investisiya: Xaricilər niyə Azərbaycandan ev alırlar?

"Həm inflyasiya, həm də mənzil qiymətlərinə təsir edir"

R.Həsənovun fikrincə, xarici vətəndaşların etdiyi alışların daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına təsiri də tamamilə istisna edilmir: "Hesablamalara görə, xarici alıcıların aktivliyi qiymət artımlarına təxminən 5 faiz həcmində təsir göstərə bilər. Qiymət artımı isə yerli əhalinin mənzil alıcılığına 5-10 faiz civarında mənfi təsir edir. Əgər xarici alıcılar bazardan çəkilərsə, bu, alıcılıq qabiliyyətində 4-5 faiz azalma yaradaraq müəyyən durğunluğa və qiymətlərin qismən enməsinə səbəb ola bilər. Qiymətlərin azalması yerli vətəndaşların mənzil əldə etmək imkanlarını artırır. Bununla belə, ölkəyə kapital axını baxımından bu proses əhəmiyyətli sayıldığından, xarici investisiyanın təşviqi üçün əlavə addımların atılmasını daha məqsədəuyğun hesab edirəm".



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap