“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Qeyri-sabit hava rayonlarda həyatı iflic etdi - VİDEO

Tarix 28.02.26, 21:36

Font ölçüsü : - / +
bitmap-img6


Sel üç kəndin rayon mərkəzi ilə əlaqəsi olan körpünü dağıdıb. Kəndlərin mərkəzlə əlaqəsi kəsilib. Ötən gün yağan intensiv yağış Cəlilabadın Vənlik kəndi ərazisində yerləşən müvəqqəti körpünü yenidən qəzalı vəziyyətə  salıb.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ötən il yağan güclü yağışlar nəticəsində körpü ciddi zədələnmiş, sonradan isə müvəqqəti şəkildə bərpa olunmuşdu. Bu ilin yanvarında yağan yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Daha sonra aparılan müvəqqəti təmir işləri nəticəsində keçid bərpa edilsə də, yağışlar körpünü yenidən yuyaraq sıradan çıxarıb. Sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə müvəqqəti təmir işlərinə başlanılıb.

Goranboyda isə külək fəsadlar törədib. Rayonun Meşəli kəndi ərazisində irigövdəli qovaq ağacı yola aşıb. Təbiət hadisəsi zamanı Goranboy -Ağcakənd yolunda avtomobillərin hərəkəti çətinləşib.  Eləcə də rayonun Aşağı Ağcakənd qəsəbəsində ictimai iaşə obyektinin daş hasarı, dəmir konstruksiyası küləyə tab gətirməyib. Bundan başqa qəsəbə ərazisində quraşdırlan bir neçə dəmir reklam lövhələri də güclü küləyin təsirindən aşıb. Güclənən külək Şəfibəyli və Zeyvə kəndləri ərazisində də irigövdəli ağacları aşırıb. Adiyyəti qurumlar tərəfindən aşan ağaclar ərazidən götürülüb.

Güclü külək Biləsuvarda da bir sıra fəsadlara səbəb olub. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, bir neçə irigövdəli ağac qopub. Ağaclardan biri evin üzərinə düşüb və şəxsi tikilinin damına ziyan dəyib.

Göygöl kəndlərində də güclü külək fəsadlar törədib. İki gün davam edən külək rayonun Pənahlar kəndində fərdi yaşayış evlərinin və ictimai tikililərin dam örtüklərinə ziyan vurub.

Dozular kəndində də külək bir neçə evin dam örtüyünü dağıdıb. Həmçinin kənd məktəbinin dam örtüyü də güclü külək nəticəsində zərər görüb.

Küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində rayonun Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq işlərə başlanılıb.





Xəbərin oxunma sayı : 127




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap