“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Deputat mandatı ləğv edilən Abbasov haqda şok: “Qadının evinə girib…”

Tarix 12.12.25, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasovun mandatının ləğv edilməsi ciddi müzakirə yaradıb. Səbəb kimi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri göstərilir. Bu müraciət əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

AzFakt.com Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının bu qərarı özbaşına almadığını bildirib:

“Mandatdan məhrum olunan Əli Abbasov ötən yay Şərur rayonunda zorla bir qadının evinə girib onunla əxlaqsız münasibətlər qurmağa cəhd etmişdi.

Onun bu hərəkəti dövrü mətbuatda da dərc olunmuş və xeyli mübahisələrə yol açmışdı. Sözsüz ki, mövcud xarakterli adamın bir dəqiqə belə deputat mandatı daşıması doğru deyildi. Amma bundan əvvəlki Naxçıvan rəhbəri, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli bu adamı qoruyur, onun barəsində ölçü götürülməsinə imkan vermirdi. Nəticədə Naxçıvanda bir çox insan əxlaqsızlığa himayədarlıq edən Fuad Nəcəfli barədə xoş fikirlər söyləmir, bütünlükdə Azərbaycan hakimiyyətinin adına xələl gəlirdi. Görünür, yeni nümayəndə bu tendensiyanın qarşısını almaq üçün Əli Abbasovun mandatına xitam verməyi daha məqsədəuyğun bilib”.

Heydər Oğuzun fikrincə, nəinki Naxçıvanda, bütövlüklə Azərbaycanda, bəlkə də dünyada əxlaqsızlığa görə mandatdan məhrum olunmaq ilk hadisədir:

“Naxçıvan MR Ali Məclisi bu mənada Ginnesin “Rekordlar” kitabına düşə bilər. Üstəlik, Fuad Nəcəfli komandasında məişət əxlaqsızlığına görə cəzalandırılan ilk məmur Əli Abbasov da deyil. Bundan əvvəl Şahbuz rayonunun İcra Hakimiyyətində yüksək vəzifədə işləyən bir məmur qonşusunun yoldaşına əxlaqsız təkliflər etdiyi üçün xanımın yoldaşı tərəfindən qulağı kəsilmişdi”.



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap