Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Əmək Müfəttişliyi GUYS-dan armudu stəkan alır - Təfərrüat

Tarix 24.10.24, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Əmək Müfəttişliyi tender müsabiqəsinin qalibi olan “GUYS” MMC-dən (VÖEN – 3003248291) hədiyyələr alacaq və qarşılığında 3 min 789 manat 50 qəpik ödəyəcək.
Qeyd edək ki, satın alınacaq hədiyyələr aşağıdakılar olacaq:
Şərf-Çitmə (İpək şərf, saçaqsız) – 15 ədəd
Stəkan nəlbəki (armudu) – 20 ədəd
Şərf qutusu – 15 ədəd
Şərf paketi – 15 ədəd
Suvenir (Tar kaman) – 10 ədəd
Hədiyyəlik karton çanta – 30 ədəd
Məlumat üçün bildirək ki, “GUYS” MMC-nin qanuni təmsilçisi Quliyev Mübariz Həbib oğlu eyni zamanda “Gəncliyə Dəstək üçün Ümumi Birlik” İctimai Birliyinin (“GUYS” Təşkilatı) sədri olub. “GUYS” təşkilatı daha çox tədbirlə və təlimlərin keçirilməsilə məşğul olub. “GUYS” MMC-nin də daha əvvəl qalib gəldiyi tender müsabiqələri təlimlərin keçirilməsilə bağlı olub. “GUYS” MMC-nin qanuni təmsilçisi olan Mübariz Quliyev isə özünün sosial şəbəkə hesabında “Bakubus” MMC-dən Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində işlədiyini yazıb.
Onu da bildirək ki, Əmək Müfəttişliyinə hədiyyələr satacaq “GUYS” MMC-nin dövlətr büdcəsinə vaxtında ödənilməyən 410 manat vergi borcu var.



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap