Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

UEFA Avropa Liqası: “Qarabağ“ “Ayaks“a məğlub olub

Tarix 24.10.24, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Azərbaycan çempionu III turda “Ayaks”ı qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Oyunu  Şotlandiyadan olan hakimlər briqadası idarə edib

Matça istəkli başlayan “Qarabağ” 15-ci dəqiqədə azlıqda qalıb. Romao qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətə salıb. Niderland komandası 3 qol vurandan sonra Cəfərquliyev də ikinci sarı vərəqə ilə qovulub və qarşılaşma bu hesabla da yekunlaşıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).

UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr

“Qarabağ” – “Ayaks” 0:3 
Qollar: Teylor, 35. Veqhorst, 74-pen.  Akpom, 77.

Qırmızı vərəqələr: Julio Romao, 15. Elvin Cəfərquliyev, 79 (ikinci sarı)
Baş hakim: Nikolas Uolş (Şotlandiya).

"Qarabağ": 99. Mateuş Koxalski, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov. 

"Ayaks": 22. Remko Pasver, 2. Devayn Renç, 4. Yorrel Hato, 6. Cordan Henderson (k), 8. Kennet Teylor, 11. Mika Qodts, 24. Daniele Ruqani, 25. Vaut Veqhorst, 28. Kian Fits-Cim, 29. Kristian Rasmussen, 37. Yosip Şutalo.
Baş məşqçi: Françesko Farioli.



Xəbərin oxunma sayı : 409




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap