Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Beyləqanda toxum sərgi-satış yarmarkası keçirildi - Fotolar

Tarix 25.10.24, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonunda toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

AzFakt.com xəbər verir ki, festivala İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından fermerlər qatılıblar.

Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatının digər sahələri üzrə ixtisaslaşmış özəl şirkətlər iştirak ediblər.

İcra Hakimiyyətinin binası qarşısında keçirilən festivalda RİH başçısı Əziz Əzizov qonaqları və iştirakçılarını salamlayıb belə tədbirlərin keçirilməsinin zəruriliyindən bəhs edib. Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər dövlət qurumları iştirak edərək öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.

Festivalda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib.

Festival çərçivəsində Beyləqan rayonunda “Mil-Muğan iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iqtisadi rayonun prioritet istiqamətlərindən olan pambıqçılıq sahəsi üzrə “Pambıqçılıqda innovativ texnologiyalar: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparılıb.

Fikir mübadiləsi zamanı aqrotexniki tədbirlərin düzgün və zamanında yerinə yetirilməsi, aqrokimyəvi analizlərin aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacibliyi vurğulanıb.







Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap