“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb“ - VİDEO

Tarix 27.12.25, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Zərdab rayonunun Şahhüseynli kənd sakinləri məktəb binasının yararsız vəziyyətdə olmasından, həmçinin yeni təmir olunan bağçada istilik sisteminin işləməməsindən şikayətləniblər.

AzFakt.com xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən məktəb tamamilə yararsız vəziyyətdədir.

"Məktəbin pəncərələrində şüşə yoxdur, hər yer karton və taxta ilə örtülüb. Məktəbin içi də uçub-dağılıb. Mənim üç uşağım var və bu vəziyyətdə övladlarımı həmin məktəbə qoymaram. Bu məktəb mən oxuyan vaxtından bu vəziyyətdədi”, – deyə sakinlərdən biri qeyd edib.

Başqa bir sakin isə bağçadakı şəraitdən gileylənib:

"Bağçada nə istilik sistemi var, nə də su. Havalar soyuyan kimi uşağımı bağçaya göndərmirəm, çünki xəstələnir. Uşaqlar isti su ilə təmin olunmalıdır, amma burada isti su yoxdur, soyuq su ilə yuyunurlar. Heç bir çəndə su yoxdur. Hovuzu doldurmaq üçün suyun pulunu da ya müəllimlərdən, ya da valideyinlərdən istəyirlər”.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmir edilməsi plana salınıb.

Qeyd olunub ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Bağça ilə bağlı şikayətə gəlincə isə qurumdan bildirilib ki, kənd körpələr evi-uşaq bağçasının istilik təminatı elektrik piltələri ilə təmin edilirdi və mövcud temperatur sinif otaqlarını tam qızdırmaq üçün kifayət etmirdi. Elektrik piltələri odun sobası ilə əvəzlənib, hazırda müəssisənin istilik təchizatı təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə həyata keçirilir.




Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap