“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Zaur Axundov həbs oluna bilər - Adı siqaret qaçaqmalçılığında hallanır

Tarix 23.12.25, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.

AzFakt.om "Bakupost"-a istinadən xəbər verir ki, bu işlə bağlı yüksək ranqlı vəzifəli şəxsləri yaxın adamlarının həbsi cəmiyyətdə sesnsasiya yaradıb. Həbs olunan şəxslərlə yanaşı, cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Bakupost.az

İddiada adıçəkilən “Səmayə Co”, “Səmayə Logistic” şirkəti “Araz Naxçıvan” futbol klubunun və Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundova məxsusdur. Bu cinayət araşdırmasının davam olaraq, Zaur Axundovun həbs olunmaq ehtimalı var.


“Səmayə CO LTD” MMC-nin saytında qeyd olunur ki, şirkət hazırda Bakı Dəniz Limanı ərazisində 170 metr uzunluğunda üçşaxəli gəmilərin yanalma körpüsünün inşasını aparır. Şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük və digər təyinatlı gəmilər var. Şirkət bundan başqa yeni tanker, quru yük və RO-RO tipli gəmilərin almağa çalışır.

Şirkətin Bakı limanındakı 8 hektarlıq ərazisində iki mərtəbəli lazımı avadanlıqla təchiz olunan inzibati binası, 5800 kv.metr sahəsi olan qapalı anbarı, 3 hektar ərazisi olan açıq konteyner meydançası, mühafizə sistemləri, müasir maşın mexanizmlər, iri tutumlu yanacaq saxlamaq üçün çənlər var.

Limana 2014-cü ildən Azərbaycan Respublikası Dəniz Administrasiyası tərəfindən rəsmi qeydiyyatdan keçərək, “Səmayə CO LTD” MMC-nin “Buta Limanı” kimi qeydiyyata düşüb və rəsmi sertfikat alıb.

Qeyd edək ki, “Səmayə Logistic” şirkəti Zaur Axundovun prezidenti olduğu “Araz Naxçıvan” klubunun əsas sponsorudur. Klubun formasındakı şirkətin loqosu bunu sübut edir.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap