“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

THY İrəvana birbaşa uçuşlara başlayır - Bu tarixdən

Tarix 23.12.25, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) 2026-cı il martın 11-dən etibarən İstanbul–İrəvan marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Bu barədə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Türkiyə nümayəndəsi Serdar Kılıç "X" hesabından paylaşım edib.

Onun sözlərinə görə, sözügedən qərar iki ölkə arasında əlaqələrin normallaşdırılması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir. Kılıç qeyd edib ki, THY martın 11-dən etibarən hər gün reyslər həyata keçirəcək.

Qeyd olunur ki, indiyədək İstanbul və İrəvan arasında hava əlaqəsini əsasən “Pegasus Airlines” təmin edib. Yeni qərara əsasən, THY uçuşlarını İstanbul Hava Limanından, “Pegasus” isə Sabiha Gökçen Beynəlxalq Hava Limanından icra etməyə davam edəcək.

Məlumata görə, 14 maydan etibarən həftəlik uçuşların sayının 10-a, 15 iyundan sonra isə 14-ə çatdırılması planlaşdırılır.



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap