“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bakı Metropoliteninin gəlirlərində şübhəli məqamlar: Audit rəqəmləri niyə təsdiqlənmədi?

Tarix 22.12.25, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


"Bakı Metropoliteni" QSC-də aparılmış audit yoxlamaları zamanı əmlak və avadanlıqların qiymətləndirilməsi, eləcə də sərnişindaşıma gəlirlərinin uçotu ilə bağlı bir sıra qeyri-müəyyənliklər müəyyən edilib.

AzFakt.com QSC-nin maliyyə sənədlərinə istinadən xəbər verir ki, dəyərsizləşmə yoxlaması çərçivəsində bəzi əsas vəsaitlərin ədalətli dəyəri keçmiş dövrlərin satınalma qiymətlərinə əsasən hesablanıb, lakin bu aktivlərə dair sənədlər saxlanılmayıb.

Belə ki, 2018-ci ilədək alınmış və dəyərsizləşmədən əvvəl ümumi balans dəyəri 75 milyon 85 min manat olan əsas vəsaitlərin 31 dekabr 2024-cü il tarixinə silinmə xərcləri çıxılmaqla hesablanmış ədalətli dəyəri 28 milyon 597 min manat təşkil edib. Eyni zamanda, bəzi əmlak və avadanlıq obyektləri üzrə ədalətli dəyərin müəyyən edilməsi mümkün olmayıb və həmin aktivlərin dəyəri 9 milyon 328 min manat xalis qalıq dəyəri səviyyəsində qəbul edilib. Auditorlar alternativ prosedurlar vasitəsilə bu aktivlərin qiymətləndirilməsinə dair yetərli və uyğun sübut əldə edə bilmədiklərini bildiriblər.

Audit zamanı "Bakı Metropoliteni"nin sərnişindaşıma üzrə gəlirlərinin tamlığı da qiymətləndirilib. Gəlirlərin uçotu üçün istifadə olunan sistemin ümumi İT nəzarət mexanizmləri yoxlanılsa da, sistemin effektivliyi ilə bağlı kifayət qədər audit sübutu toplanmayıb. Bu səbəbdən, 31 dekabr 2024-cü il tarixinə başa çatan il üzrə 100 milyon 647 min manat məbləğində sərnişindaşıma gəlirinin tamlığı təsdiq edilməyib.

Qeyd edək ki, audit "Deloitte" beynəlxalq audit şəbəkəsinə daxil olan qurum tərəfindən aparılıb.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap