Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Mənə baxa bilməyən kişiyə ərə getməkdənsə, tək qalaram“ - Ayan Babakişiyeva

Tarix 22.01.21, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


"Tanınmış insanlar fərqli, rahat həyata öyrəşib. Həyatımız dəyişəndə psixologiyamız pozula bilər. Hər gün efirə çıxıramsa, salona getməli, hər dəfə yeni paltar geyinməliyəm. Həyat yoldaşım məni daşıya bilmirsə, artıq uğursuzluqdur".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Birə-bir" verilişində deyib. İfaçı "Kasıb oğlanla ailə qurarsınız" sualına cavab verib:

"İstədiyim hər şeyi təkbaşıma edirəmsə, onda tək qalım. Həyat yoldaşım olsun xatirinə ailə qurum, sonra böyük biabırçılıqla ayrılım. Desəm ki, mənə baxa bilmədi, ona görə ayrıldım, lap gözdən düşərəm. Həyatımı tək davam edim, istədiyimi yaşaya bilim.

Amma mən sevdimsə, heç nəyə baxmadan ailə quraram. Maddi durumu nəzərə almayacam. Amma bilirəm ki, uğursuz olacaq. Sonra başlayacaq mənə sərhədlər qoyacaq, kişi qürurlu olur: bura getmə, onu etmək olmaz. Sonra? Sənətim donur və şəxsi həyatım uğursuzlaşır.

Kişi daşdan da pul çıxartmalıdır. Əgər etmirsə, uğursuzdur. Bu gün biz də çox pul qazana bilmirik. Amma gedib kiminsə qapısını döyüb, nəsə istəmirik. Özümüzü idarə edirik".



Xəbərin oxunma sayı : 937




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap