“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Mənim kitabımda geri addım atmaq yoxdur“ - Türkiyə Prezidenti

Tarix 27.10.21, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


“Mənim kitabımda geri addım atmaq yoxdur”.

AzFakt.com "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, jurnalisitin “xarici KİV-də Ərdoğan böhrandan qaçdı, geri addım atdı” kimi manşetləri necə dəyərləndirirsiniz” sualına belə cavab verib: “Mən necə geri addəm atdım? Mən hücumdayam. Mənim kitabımda geri addım atmaq yoxdur”.

Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış etmişdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkələrin səfirlərini “arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə tapşırıq verəndən sonra səfirlər Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı imzalanan Vyana razılaşmasının 41-ci maddəsinə görə, dövlətlərin imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirin də vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır.

Xatırladaq ki, Osman Kavala Gəzi Parkı hadisələri, Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamlardan bəraət qazanıb, amma sərbəst buraxıldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib. Sonda məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 778




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap