![]() |
|














Ömər aşırımında şiddətli döyüşlərdə ŞƏHİD olan baş leytenant - “Son nəfəsində döyüşçü dostuna deyir... “
Tarix 20.01.21, 13:15 |
|

44 günlük müharibəsində Azərbaycanın hər bölgəsi şəhidlər verdi. O cümlədən Salyan rayonu. Virtualaz.org-un bölgə müxbirinin Salyan şəhidləri və qaziləri barədə növbəti reportajı müharibənin əvvəlində, Ömər aşırımı uğrunda gedən şiddətli döyüşlərdə şəhid olan zabit Əlisahib Ələkbərov barədədir.
Əlisahib Selman oğlu Ələkbərov 15 yanvar 1994-cü ildə Salyan rayonunun Pratmangəncəli kəndində anadan olub. Atası Selman kişinin və anası Nilufər xanımın hərbçi peşəsini seçən Əlisahibdən başqa ikinci oğul övladı da var.
Əlisahib Ələkbərov doğulduğu kənddə 9 illik natamam orta məktəbi bitirəndən sonra 2009-cu ildə Çəmşid Naxçıvanski adına orta ixtisas hərbi məktəbinə, daha sonra bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2016-ci ildə ali hərbi təhsilini kəşfiyyatçı zabit kimi başa vurub. 2014-cü ildə, Ali Hərbi Məktəbdə təhsil aldığı zaman kursantlar arasında bilik və bacarığına görə fərqləndiyi üçün məktəbin NATO-nun sülh naminə əməkdaşlıq kafedrasının təşəkkürnaməsini alıb.
Zabit kimi əvvəlcə Gəncədə, son 3 ili isə Murovdağda yerləşən mövqelərimizdə tank əleyhinə taqım komandiri kimi xidmət edib. 2017-ci ildə əslən Ağsu rayonundan olan Fidan xanımla ailə həyatı qurub. 2018-ci ildə oğlu Orxan dünyaya gəlib. İlk döyüşlərə isə ötən ilin yayında Tovuz istiqamətində qoşulub.
“Sentyabr ayının 27-də Orxanın ad günü olduğundan bir gün əvvəl ailəmlə birgə qardaşımgilin Daşkəsən rayonunda kirayədə yaşadığı evə getmişdik. Qərara gəlmişdik ki, Oraxanın ad gününü sentyabr ayının 26-ı qeyd edək. Həmin gün günorta saatlarında Əlisahib də 2 saatlıq icazə alıb evə gəlmişdi. Elə oğlunun ad günü tortundan ağzına bir tikə aparmışdı ki, telefonuna zəng gəldi. Əlisahib bizimlə sağollaşıb təcili getməli olduğunu dedi və onun ailəsini də Salyana aparmağımı xahiş etdi. Heç demə bu bizim son görüşümüz imiş. Əlisahibə bir daha zəng çatmadı..”-şəhid zabitin qardaşı Ömər deyir.
Elə o vaxtdan baş leytenant Əlisahib Ələkbərova zəng çatmayıb, nə də ondan bir xəbər almaq mümkün olmayıb. Ailəsi, yaxınları gözü yollarda qalıb...
Bəs əslində nə baş verib? Zabitin sonrakı aqibəti necə olub? Ailəsi bu haqda sonradan Əlisahibin döyüş yoldaşlarından öyrəniblər.
Döyüşçülərin danışdıqlarına görə sentyabr ayının 28-də 3500 metr hündürlükdə yerləşən Kəlbəcərin Ömər aşırımında döyüşən Əlisahibgil düşmənin 2 postunu ələ keçiriblər. Döyüşlər zamanı Əlisahib ayağından yaralansa da geriyə qayıtmaqdan imtina edib. Ertəsi gün şiddətli döyüşlər davam edib, düşmənin 3-cü postuna 150 metr qalmış qarşıdakı yüksəklikdə əsgərinin vurulduğunu görən komandir Əlisahib Ələkbərov onun nəşinin dümən əlinə keçməməsi üçün həyatını təhlükəyə ataraq atəş altında irəliləyib.
Bu zaman düşmən postundan açılan pulemyot atəşi ilə Əlisahib ayağından, sinəsindən və sonda başından güllə yarası alır. Son nəfəsində ona yaxınlaşan, döyüşçü dostu, rabitə rəisi Hüseynə deyir: ”Ölürəm mən. Nəşimin düşmənin əlinə keçməsinə imkan verməyin. Ailəmi sizlərə əmanət edirəm...”
Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, bir sıra hakim yüksəkliklər nəzarətə götürülsə də bir müddət şəhid Əlsahib Ələkbərovun nəşini neytral döyüş ərazisindən çıxarmaq mümkün olmayıb, amma döyüşçü yoldaşları onun vəsiyyətinə əməl edilərək meyitin düşmənin əlinə keçməsinə də imkan verməyiblər, neytral ərazini daim atəş altında saxlayıblar. Nəhayət noyabr ayının 1-də isə onun nəşini götürüb Daşkəsənə gətirmək mümkün olub.
“Oğlumdan xəbər bilmək üçün Daşkəsəndə yerləşən hərbi hissəyə getdim . Komandir məni qucaqlayıb dedi ki, Vətən sağ olsun. Əlisahib Şəhid olub”- atası Selman kişi deyir.
“Qardaşı Ömər sonuncu dəfə Əlisahibgildən qayıdarkən onun evə göndərdiyi əşyalarını da gətirmişdi. Bu əşyaların arasında müxtəlif yazılı kazğızlar da var idi. O, heç vaxt əlyazmaları köhnə olsa belə atmadığından əvvəlcə şübhələnmədim. Sonra bir vərəqin ulduz formasında qatlanması mənim diqqətimi çəkdiyindən açıb oxudum. Yazmışdı ki, ana, mənim ailəmdən balalarımdan muğayat olarsız .Mən şəhid olsam arxamca ağlamayın, sevinin.Mən Qələbə Şəhidi olacağam...”-şəhid anası qəhərlə deyir.
Çətin də olsa ana söhbətinə davam edir: “Əlisahibdən xeyli vaxtdır xəbər çıxmadığından gecəm-gündüzüm yox idi. Amma həmin gün səhər gəlinim Fidanı Salyana həkimə aparmışdım.Xəstəxanada işçilər arasında bir hüzn yaşandığını hiss edib, nə baş verdiyini soruşdum. Dedilər- Salyana yenə şəhid gəlir.Nədənsə ürəyimə damdı ki, bu elə Əlisahib olacaq. Tez-tələsik evə qayıdanda yoldaşım Selman zəng vurub bu acı xəbəri mənə çatdırdı.”
“Mən öz həyat yoldaşımla fəxr edirəm. O, Vətənimiz Azərbaycan uğrunda Şəhid oldu.Əlisahibin qanı yerdə qalmadı. Ordumuz Qələbə çaldı..."- şəhidin həyat yoldaşı Fidan xanım söhbətə qoşulur.
Əlisahib kimi igid oğul itirən ailənin dərdi əlbətdə, böyükdür. Amma təsəlli, ümid yeri də var. Bu yaxınlarda şəhid zabitin oğlan övladı dünyaya gələcək. Anası deyir ki, yeni doğulacaq körpəyə Əlisahibin adını verib onu da atası kimi igid oğul kimi böyütməyi arzu edirlər.
Silahlı Qüvvələrin zabiti baş leytenant Əlisahib Selman oğlu Ələkbərov Vətən uğrunda müharibədə göstərdiyi rəşadətə görə ölümündən sonra “Qarabağ” ordeni , “Vətən uğrunda” və “Kəlbəcərin alınmasına görə” medalları ilə təltif olunub.



Xəbərin oxunma sayı : 562
Maraqlı
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV