“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Oğurlanan pullar camaatın cibindən çıxarılır” - Deputat

Tarix 27.06.19, 0:25

Font ölçüsü : - / +
bitmap-img6


Dünən bəlli oldu ki, Ukraynanın yeni seçilmiş prezidentinin 12 727 qrivni, yəni 819 manat olan aylıq məvacibi inanılmaz dərəcədə aşağıdır. Belə çıxır ki, Azərbaycanda nəinki mərkəzi icra hakimiyyəti orqanında çalışan, hətta yerli icra hakimiyyətindəki bəzi məmurlarımız Zelenskidən çox maaş alırlar. 

Əslində bu cür məbləğ Ukraynada korrupsiyanın mövcud durumunu əks etdirmirmi? Yüksək məvacib insanın tərbiyyə olunmasında, gözütox olmasında həlledici amildirmi? Görəsən, Zelenski bu maaşla ölkəni total korrupsiya bataqlığından xilas edə biləcəkmi?

AzFakt.com xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyir ki, populizmlə uzağa getmək olmaz:

"Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün hakimiyyət təmsilçilərinə onların layiqli həyatını təmin edəcək qədər məvacib verilməlidir. Əks halda məmurlar nəzarətedici orqanların əməkdaşları ilə cinayət  əlaqəsinə  girib büdcə vəsaitlərini oğurlayaraq, biznes  adamlarını soyacaqlar. Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq. Elçibəy nümunəsi göz önündədir.

Korrupsiyanın tüğyan etdiyi ölkədə isə iqtisadi inkişafdan və qanunun aliliyindən söhbət gedə bilməz. Populizmlə uzağa getmək olmaz. Korrupsiyanın qarşısının alınması üçün Sinqapur təcrübəsi öyrənilməlidir. Məmurun maaşından edilən qənaətdən milyon dəfələrlə artığı oğurlanacaq. Oğurlanan pullar isə camaatın cibindən çıxarılır, əlavə ağırlaşdırıcı təsiri isə mənəviyyat pozulur, iqtisadiyyat inkişafdan qalır. Məmurların maaşının qaldırılmasına qarşı çıxanlar bu sadə həqiqəti dərk edə bilsələr yaxşı olar".



Xəbərin oxunma sayı : 457




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap