| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Onların dairsində təxribat yaratmağa nail oldular ” - Siyavuş Novruzov
Tarix 25.02.20, 18:10 |
|
Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi
- 9 Fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı proseslər hələ də davam etməkdədir. Bu proseslərə qiymət vermənizi istərdik.
- Bu seçkilər digərlərindən kifayət qədər fərqli idi. Birinci dəfə idi ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilirdi. Seçki prosesi dedikdə, burada həm iştirakçıların sayı, həm ictimai-siyasi mühit, həm qanunvericilik hər bir vətəndaşın öz namizədliyini irəli sürməsi üçün yaradılan demokratik şərait bütövlükdə ehtiva olunur. Şərtlər yüngül idi. Belə ki, əvvəllər namizədlərdən qeydiyyata düşmək üçün 2000 imza tələb olunurdusa, bu dəfə bu say 450-ə endirilmiş, partiyaların namizədlər irəli sürə bilməsi və onların təbliğat-təşviqatı ilə məşğul olması, azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün tam münbit şərait yaradılmışdı. Eyni zamanda bu, referendumdan sonra Azərbaycanda ilk parlament seçkiləri idi. Burada yaş həddində də fərq var idi. Əvvəllər 25 yaşı tamam olan şəxslər namizədliyini irəli sürə bilirdisə, artıq yaş həddi götürülmüşdü. Çoxpartiyalı sistem daha da inkişaf etmiş, 20-yə yaxın siyasi partiyanın nümayəndəsi namizəd kimi təmsil olunmuşdu. Ümumilikdə, seçkidə iştirak edən namizədlərin sayı 2000-i ötmüşdü. Qeydiyyat prosesindən istər siyasi partiyalar, istərsə də namizədlər tərəfindən hər hansı şikayət yox idi. Kim müraciət etmişdisə, o insanlara imza vərəqələri verildi, imza vərəqələrini doldurub müvafiq sənədlərlə birgə təqdim edən şəxslər də qeydiyyata alındı. Azad və hər bir şəxs üçün bərabər şəraitdə mübarizə aparmaq üçün şərait yaradıldı. Hər bir şəxs qanunla icazə verilən məkanlarda istənilən sayda seçici ilə görüşmək, eyni zamanda qapı-qapı təşviqat aparmaq hüququna malik idi. İndiyə qədər seçicilərlə görüşlərə kiminsə müdaxilə etməsi ilə bağlı narazılığa rast gəlmədim. Azərbaycan İKT səviyyəsi baxımından həm dünyanın, həm də Avropanın inkişaf etmiş ölkələrindən biridir. Ölkəmizdə hər bir vətəndaş internet resurslarından istifadə etməyi bacarır. Əvvəlcə irad tutulurdu ki, namizədlərə televiziyada vaxt verilsin. İndi isə televiziyaya ehtiyac yoxdur. Kim istəsə, kifayət qədər internet televiziyası və internet resursları vasitəsilə öz platformasını insanlara təqdim edə bilərdi. Azərbaycanın hər bir ucqar kəndində internet var. Bu baxımdan da namizədlərin öz təbliğatını aparmaq üçün həm zaman, həm də resurslar baxımından geniş imkanları var idi. Nəticədə də hamımız namizədlər arasında gərgin mübarizənin şahidi olduq.
- Növbədənkənar parlament seçkilərinin keçirilməsi hansı zərurətdən irəli gəldi?
- Bununla bağlı YAP Siyasi Şurasının qərarı var və bu qərar parlament üzvləri tərəfindən də dəstəkləndi. Partiyanın 68 deputatı vardı. Onların təşəbbüsünə Milli Məclisin digər üzvləri də səs verdilər. Seçki zərurətinin əsas motivi ondan ibarətdir ki, ölkədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, xüsusilə də, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra demək olar ki, bütün strukturlarda çox ciddi və çoxşaxəli islahatlar gedir. İstər Nazirlər Kabinetində, istər nazirliklərdə, istər Prezident Aparatında və məhkəmə hakimiyyətində, istərsə də ayrı-ayrı strukturlarda bu islahatların şahidi olduq. Bu islahatların daha da sürətlənməsi və geniş vüsət almasına üçün parlament də bu prosesə öz töhfəsini verməli idi. Seçkinin yekun nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən hələlik təsdiq olunmasa da, indidən demək olar ki, lider namizədlər arasında kifayət qədər istedadlı, bacarıqlı, təhsilli, Azərbaycanı təmsil edə biləcək şəxslər var. Azərbaycanı təkcə ölkənin daxilində deyil, eyni zamanda beynəlxalq platformalarda da təmsilçilik məsələsinə geniş önəm verilir. Çünki Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən çox böyük ədalətsiz addımlar atılır. Artıq hər dəfə bunun şahidi oluruq. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, sapı özümüzdən olan baltalar və digərləri Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Bu baxımdan istər Avropa Şurası, istər ATƏT, istər NATO, istərsə də Qara Dəniz Parlament Assembleyasında kifayət qədər bacarıqlı, qabiliyyətli, Azərbaycan xalqını təmsil edə biləcək insanlara ehtiyac var ki, həmin şəxslər yeni düşüncə, baxış və proseslərə müasir yanaşma tərzi ilə fərqlənərək qarşıda duran strateji məsələlərə tutarlı münasibət bildirsinlər. Əminəm ki, yeni formalaşacaq parlamentdə də bu cür şəxslər təmsil olunacaq.
- Bəziləri buraxılmış parlamentlə yeni formalaşacaq parlament arasında ciddi fərq olmayacağını düşünür. Sizin bu məsələyə münasibətiniz necədir? Yeni formalaşacaq parlament əvvəlki parlamentdən nə ilə fərqlənəcək?
- Bu, səhv fikirdir. Götürək Yeni Azərbaycan Partiyasını. YAP tərəfindən 20-dən artıq keçmiş deputat olmuş şəxsin namizədliyi irəli sürülmədi, onlar seçkidə iştirak etmədi. Bundan başqa, icra strukturlarında vəzifəyə təyin olunanlar və s. şəxslər vardı ki, onların da yeri boş qalmışdı. Boş olan yerlərin sayı 12 idi. Eyni zamanda digər siyasi partiyalardan olan, bitərəf deputatlardan da bəziləri bu seçkilərdə namizədliyini irəli sürmədi. Səhhəti və yaşı ilə bağlı namizədliyini irəli sürməyənlər də oldu. Təxminən keçmiş parlamentdən 45 nəfərin namizədliyi bu dəfə irəli sürülmədi. Bu artıq parlamentin 30%-dən çox hissəsi deməkdir. Parlament o vaxt tam dəyişir ki, kataklizmlər, üsyanlar, çevrilişlər baş verir. Hətta onda belə keçmiş deputatlardan yeni parlamentdə təmsil olunanlar olur. Özünü doğruldan insanların yenidən namizədliyini irəli sürülməsi siyasi partiya tərəfindən məsləhət bilinirsə, həmin şəxslər bir daha namizədliyini irəli sürə bilərdi.
- YAP-ın siyahısından kənar öz namizədliyini irəli sürən YAP üzvləri olmuşdu. Bu şəxslərdən neçəsi sonradan namizədliyini geri götürdü, neçəsi partiya sıralarından uzaqlaşdırıldı?
- Bunu əzbər deyə bilərəm. 123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz vardı. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdü. Onlardan 101 nəfəri partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürdü. 135 nəfərlə isə söhbət aparıldı. Partiyanın Nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim Nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunlar hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəli sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyadan xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdü. Həmin şəxslərə izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək.
- Bəs seçki prosesində YAP sıralarına yeni üzvlər qoşuldumu?
- YAP sıralarına çoxlu sayda insan qoşulur. Ölkə başçısı bu ili “Könüllülər ili” elan edib. Artıq YAP-ın könüllüləri formalaşıb. Həm seçki, həm sosial, həm humanitar, həm də ekoloji layihələr üzrə könüllülər ordusu formalaşıb. Bir il öncədən biz bu prosesləri həyata keçirirdik. Amma bilmirdik ki, ölkə başçısı bu ili “Könüllülər ili” elan edəcək. YAP hər zaman könüllülərin qüvvəsindən istifadə edib. Partiyada kifayət qədər gənc könüllü var. Demək olar ki, hər bir namizədin əhatəsində 100-dən artıq partiya fəalı iştirak edirdi. 11000 könüllü isə seçki qərargahlarında təmsil olunurdu. Bunların böyük əksəriyyəti gənc idi. Bu könüllülər hamısı seçki prosesində aktiv iştirak edirdi. Xatırladım ki, bələdiyyə seçkiləri yeni başa çatıb. Bələdiyyə seçkilərində də bizim xeyli sayda gəncimiz bələdiyyə üzvü seçilib. Bizim namizədlərlə bağlı bütün seçki prosesini partiya həyata keçirib.
- Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrin etibarsız sayıb. Bu dairələrdən ikisində YAP-ın irəli sürdüyü şəxslər lider namizəd idi - 33 saylı Xətai Birinci Seçki dairəsində Hüseynbala Mirələmov və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Hadi Rəcəbli. Partiyanın buna münasibəti necədir? Sizcə, həmin dairələrdə səsvermənin nəticələri niyə ləğv edildi?
- Şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edilir. Həmin dairələrdə maraqlı tərəf çox idi. Onlar da çalışırdılar ki, orda təxribat yaratsınlar. Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarı ilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər.
- Bəs həmin dairələr üzrə YAP yenidən namizəd irəli sürəcəkmi? Bu dairələr üzrə YAP nə etməyi düşünür?
- MSK və Konstitusiya Məhkəməsi tərəfindən birinci nəticələr elan olunandan sonra partiyanın rəhbər strukturunun verəcəyi qərara uyğun hərəkət ediləcək.
- Milli Məclisə düşən YAP namizədləri arasında təsadüfi şəxslərin olması da iddia edilir. Məsələn, ən gənc lider namizəd olan Səbinə Xasıyeva. Bu şəxslərin parlamentə düşməsini Siz necə qiymətləndirirsiniz?
- Həmin şəxslərə səs verənlər onların mənsub olduğu partiyanın siyasətini əsas götürürlər. Baxmayaraq ki, mən özüm 4 çağırış Milli Məclisin deputatı olmuşam, mənə səs verənlər də mənə səs vermir, Heydər Əliyev siyasi xəttinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə, sosial layihələrin həyata keçirilməsinə, bu siyasətin davamlılığına səs verirlər. İnsanlar ayrı-ayrı şəxslərə yox, davamlı siyasətə səs verirlər.
- Yəni burada partiyanın rolu namizədlərin özündən üstün tutulur?
- Təbii ki.
- Bəs həmin şəxslər insanların partiyaya olan inamını doğrulda biləcəkmi?
- Heç kim anadan deputat doğulmayıb. Mərhələ-mərhələ öyrənməlidir. Müəyyən dövr keçməlidir. YAP olaraq bizim fərqimiz, əsas resursumuz Azərbaycanda görülən işlər, müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitlik, sosial layihələrin həyata keçirilməsi və s. işlər idi. Bu siyasəti də həyata keçirən partiyanın sədridir. Ona görə də insanlar partiyanın sədrinə, qurucusuna səs verirlər.
- Neftçala Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirdi. Keçirilən əməliyyat nəticəsində saxlanılanlar arasında 61 saylı Neftçala Seçki Dairəsindən YAP-ın namizədi Gültəkin Sadıqovanın da adı çəkilir. Ümumiyyətlə, namizədlərin toxunulmazlığı məsələsinə görə G. Sadıqovanın saxlanılması qanunauyğun idimi?
- Bu kimi istənilən məsələdə məhkəmənin qərarı olmalıdır. Bu məsələ ilə bağlı da məhkəmə qərarı var idi. Yalnız Milli Məclisin üzvlərinin toxunulmazlığının aradan götürülməsi üçün parlamentdə məsələ qaldırılır. Milli Məclis razılıq verdikdən sonra həmin şəxslər məsuliyyətə cəlb olunur. Bundan sonrası isə aydın prosesdir. Yerdə qalan şəxslər istər bələdiyyə üzvü, istər digərləri ilə bağlı məhkəmənin qərarı olarsa, bu qərar əsasında proseslər həyata keçirilir.
- Partiya olaraq, bu məsələ ilə bağlı araşdırma aparmısınızmı?
- Neftçalanın icra başçısı yeganə icra başçısıdır ki, YAP üzvü deyil. Orada saxlanılanlar şəxslərlə bağlı istintaq gedir. İstintaq nəticəsində məlum olub ki, onlar hansı qanunsuz əməlləri törədiblər. Ümumiyyətlə, son dövrlər Prezident İlham Əliyev hər çıxışında bir daha xatırladır ki, məmurların əhali ilə rəftarı dəyişməlidir. Xatırladım ki, korrupsiyaya qarşı elə Ümummilli Lider Heydər Əliyev hələ 1969-cu ildə - Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman ilk dəfə hakimiyyətə gəldiyi gündən mübarizə aparıb və bu gün də həmin siyasət uğurla davam edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da korrupsiya hər zaman olub. Lakin əsas olan bu ictimai bəla ilə mübarizə aparmaq və siyasi iradə ortaya qoymaqdır. Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi var və bu quruma geniş səlahiyyətlər verilib. Bilirsinizmi, vəzifəli şəxsin borcu vətəndaşa xidmət göstərməkdir. Vəzifəli şəxslərin başqa adlar altında vətəndaşlardan rüşvət alması yolverilməz və qabuledilməzdir. Artıq digərləri də bu məsələlərdən dərs götürməlidir.
- Yəni bundan sonra da bu kimi əməliyyatların şahidi olacağıqmı?
- Prezident İlham Əliyevin bir fikrini xatırladım. Prezident bildirib ki, bu cür qanunsuz əməl edənləri nəinki işdən çıxaracaq, hətta onları cəzalandıracaq.
- Seçkinin nəticələrindən narazı qalan şəxslərin keçirdiyi aksiyalara, mitinqlərə münasibətiniz necədir?
- Xalqın arasına çıxa bilməyənlər MSK-nın qarşısında mitinq keçirmək istəyirlər. Mandatı seçici verir, MSK, yaxud Məzahir Pənahov vermir. Etiraz etmək hüququ Azərbaycanda qanunla təsbit olunur. Hər kəsin etiraz etmək hüququ, bunun da yolları var. Ancaq bu insanların seçkidə iştirakının əsas mahiyyəti beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail olmaqdır. Onsuz da biz Azərbaycanda nə cür seçki keçirsək də, onların ölkəmizə qarşı olan qərəzli mövqeyi dəyişməyəcək. Onların özlərinin bildikləri qərar qovluqlarında hazırdır. Beynəlxalq təşkilatların Azərbaycanda göstərdiyi fəaliyyət sadəcə şoudur. Mən ATƏT-in də, DTİHB-nin də, AŞPA-nın da nümayəndələri ilə kifayət qədər görüş keçirmişəm. Parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri də bu görüşdə iştirak edirdi. Həmin görüşdə iqtidar partiyasını, sadəcə, mən təmsil edirdim. Görüşdə iştirak edən digər deputatlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının ya sədr müavini, ya nazir olmuş şəxsləri idi. Xalq Cəbhəsinə sonradan gələn 2-3 nəfər bu görüşdə iştirak etmirdi. Elçibəyin müavinlərinin hamısı bir neçə dəfə parlamentdə deputat kimi təmsil olunub. Amma beynəlxalq təşkilatlar üçün onların fikri əsas deyil. Məsələn, Asim Mollazadə, Əli Məsimli, Fazil Mustafa, Fərəc Quliyev Elçibəyin müavini, Tahir Kərimli Ali Məhkəmənin sədri, Fəzail Ağamalı Sosial-Təminat naziri, Fərəc Quliyev İcraiyyə Komitəsinin sədri, Qüdrət Həsənquliyev müşavir, Əli Məsimli Baş nazirin müavini olub. Bunlar hamısı AXCP-dən gələnlər olsa da, beynəlxalq təşkilatlar sadəcə Əli Kərimlinin və Cəmil Həsənlinin fikirlərini əsas götürürlər. Amma Əli Kərimli və Cəmil Həsənli də 2 dəfə parlamentdə təmsil olunublar. Təhlillər aparanda görürsən ki, beynəlxalq təşkilatların ölkəmizə yanaşması tamamilə ədalətsizdir. Yəni müxalifətdə olan şəxslər seçilibsə, deməli müxalifət deyil, seçilməsə, yaxud seçkiyə getməsə, deməli, müxalifətdir. Mitinq keçirmək istəyən şəxslər bilirdilər ki, onlara heç 3 adam səs verməyib. Amma onlar beynəlxalq təşkilatların əlinə sənəd vermək üçün prosesdə iştirak etməyə cəhd göstərirlər.
- Yeni formalaşacaq parlament bundan öncəkilərdən nə ilə fərqlənəcək? “Lal deputat” tendensiyasına son qoyulacaqmı?
- Yanaşma tərzi bu formada olmamalıdır. Ali məktəbə sənəd verib qəbul olmayan şəxslər yazır ki, “lal deputatlar”, “kar deputatlar”. Burada müxtəlif kateqoriyalar var. İnsanlar var ki, sadəcə, seçici ilə işləyir, insanlar var ki, beynəlxalq təşkilatlarla çalışır, insanlar da var ki, bilavasitə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Məsələn, Böyük Britaniyanın parlamentində hər kəs danışmır ki… Orada hər fraksiyadan 1-2 nəfər danışır. Mən ABŞ Konqresində 3 dəfə 1 ay müddətində kursda olmuşam. Həmçinin Böyük Britaniya Parlamentində. İclasda 450 deputatdan sadəcə 30-40 nəfər iştirak edir. Orada əsas səsvermədir. Deputatın fəaliyyətinə, sadəcə, seçici qiymət verə bilər. Kənarda oturan şəxslər bunu edə bilməz, bu qiymət də seçkidə verilir.
Xəbərin oxunma sayı : 343
Müsahibə
Xəbərlər
-
İcra Hakimiyyətində əməliyyat - 2 vəzifəli şəxs saxlanıldı
-
“Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik“ - Prezident
-
“Hatay Üsulu“nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - Prezident
-
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan xalqı dünyada bir presedent yaratdı - İlham Əliyev
-
Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına “stop“ qoyuldu - VERGİ BORCU
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAMA
-
FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları
-
“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” - Elman Nəsirov
-
Məhkəmələrdə yeni qayda - bəzi işlərə 3 hakim yox, 1 hakim baxacaq
-
YAP Beyləqan rayon təşkilatının XII konfransı keçirildi - FOTOLAR
-
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
-
Azərbaycan və Türkiyədən yeni enerji layihələri - Ceyhun Bayramov açıqladı
-
Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
-
Kobaxidze Rusiyaya söz verdi - “Kökünü kəsəcəyik”
-
Bir kənddən üç qız Heydər Əliyev adına Hərbi İnstituta qəbul olundu - FOTO
-
ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub - Vens
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
“Səndən zəhləm gedir, boşanacam” deyən arvadını bıçaqladı - MƏHKƏMƏ
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
“Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar...“ - Naxçıvanda narazılıq
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
-
Böyük Qayıdış davam edir - Növbəti köç karvanı ilə 50 ailə yola salındı
-
15 sentyabr-Azərbaycanda Bilik Günüdür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu ixtisaslar tezliklə sıradan çıxacaq - AÇIQLAMA
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama
-
Yeni tədris ilinə görə metro və avtobuslarda hərəkət intervalları azaldılacaq? - VİDEO
-
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar“ın həyat yoldaşı da həbs edildi
-
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
-
Endirimli internet adı ilə kart məlumatları toplanır - “TikTok”da TƏHLÜKƏ!
-
Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Avropada qazın qiyməti 1000 dolları keçdi - Bu sahədə rekorddur…
-
Prezident 500 min dollarlıq mükafatını bağışladı - Qarabağ Dirçəliş Fonduna
-
Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi - Tramp açıqladı
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
TOP 10
ARXİV






