Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çovdarovdan müstəntiqə qarşı şok ittiham: “Oğlumdan 100 min istəyib”

Tarix 02.02.17, 3:38

Font ölçüsü : - / +
bitmap-img6


Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib edilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses zərərçəkmiş kimi tanınan Şehman İmanovun epizodu üzrə davam edib. 
Bildirək ki, Şehman İmanov Kürdəmir Rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşıdır.

Məhkəmədə ifadə verən Şehman İmanov istintaqa verdiyi ifadəsini təsdiq edib.
Onun iadəsində qeyd edilir ki, Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb. Ş.İmanovun dediyinə görə, bu zaman onun kafesi Çovdarovun işinə mane olub və general əvvəl pul təklif etməklə onun əmlakını almaq istəyib. 

Bu təkliflə razılaşmadığını deyən Ş.İmanov bildirib ki, sonradan təhdid və silah yolu ilə kafesini əlindən alıblar.

“Ağlını başına yığ!”


Onun dediyinə görə Çovdarov əvvəlcə ona 20 min manat təklif edib. Bu təkliflə razılaşmayan Ş.İmanov hədələndiyini deyib: “Dedi ki, “səni bir anın içində məhv edərəm. Heç bir dövlət orqanı mənim göstərişimdən kənara çıxa bilməz, ağlını başına yığ! İstəsəm sənin rəis qardaşını da bir anın içində ilişdirib içəri basaram. Bundan sonra Çovdarov kafenin ətrafındakı 100 hektara yaxın ərazini qanunsuz yolla hasarlatdırdı. Onun adamları kafeyə gedən işıq xətlərini kəsdi, dirəkləri söküb apardılar, kafenin fəaliyyəti dayandı”.
Bundan sonra Şehman İmanov Çovdarovun əlindən xilas olmaq üçün kafeni qohumu Sədiyar Tağıyevə satıb. Ş.İmanov deyir ki, Çovdarovun adamları S.Tağıyevi də hədələdiyindən o, Bakıdan qaçıb: 

“Sədiyar Azərbaycandan qaçsa da Çovdarov təzyiqlərini dayandırmadı. Kafenin faktiki sahibinin mənim olduğumu deyirdi. Sədiyarı da Azərbaycana gələn kimi "podvala" basacağını söyləyirdi”. 

Generalın həbsindən sonra Ş.İmanov da zərərçəkdiyini deyənlərdən biri olub. Bu epizod üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı  Fəxrəddin Məlikov da şahid qismində ifadə verib.

İcra başçısı ifadəsində Çovdarovun Kürdəmirdə yüz hektarlarla torpağı 99 illik icarə adı altında necə ələ keçirdiyini izah edə bilməyib.

Çovdarovdan şok itiham


Akif Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a deyib ki, cinayət işi materiallarında Ş.İmanovun torpaq sahəsini və kafesini S.Tağıyevə satması ilə bağlı alqı-satqı müqaviləsi var: “Belə bir müqavilə olan halda Şehman İmanov necə zərərçəkmiş ola bilər? Axı o, kafeni satıb və buna görə də 55 min manat pul alıb. Bu haqda Şehamana sual verdik. Abcaq cavab verə bilmədi. O, həmçinin 55 mini özü üçün xərclədiyini də qeyd etdi. Bu epizodda onun zərərçəkmiş kimi tanınması başa düşülən deyil. Həmçinin Sədiyar Tağıyev də zərərçəkmiş kimi tanınıb. Onun isə istintaqa ifadəsi belə yoxdur. Zərərçəkmiş var, amma şikayəti, məktubu, müraciəti yoxdur. Sadəcə bir arayış var ki, guya müstəntiq Moskvada olan Sədiyara zəng edib və o, deyilənləri təsdiq edib”.

Məhkəmədə Akif Çovdarov da işi aparan müstəntiqə qarşı ittihamla çıxıb edib. Həbsdə olan general müstəntiqi rüşvət istəməkdə ittiham edib.

Çovdarov məhkəmədə deyib: “Mən bunu demək istəmirdim, amma məcbur edirlər. Bu cür yalan şahidlərdən, zərərçəkmişlərdən mənə qarşı ifadələr alıblar. Bu zərəçəkmişlərdən, şahidlərdən ifadə alan müstəntiq Emin Qəhrəmanov oğlum Ruslan Çovdarova deyib ki, “100 min verin, bu epizodu sürüşdürüm”. Müstəntiq bunu üçün 100 min tələb edib. İndi gəlib bu şəxslər mənə qarşı ifadə verir”.

Çovdarovun oğlunun adına şirkət


Əlavə edək ki, istintaq zamanı məlum olub ki, general Kürdəmir rayonunda balıqçılıqla məşğul olmaq məqsədi ilə 2006-cı ildə Ruslan Çovdarovun adına “RAF-2006” MMC yaradıb. Bu MMC-yə onun iki dostu da şərik olub. Ardınca da Kürdəmir Rayon İcra Hakimiyyəti ilə torpaqların icarəyə verilməsi üçün müqavilələr bağlanıb. Rayonun Ərşəli kəndində 100 hektar, Qurdbayramlı kəndində 100 hektar, Mollakənd kəndinə 69 hektar ərazi faktiki olaraq Çovdarovun rəhbər olduğu şirkətə 99 illik icarəyə verilib. İcra hakimiyyəti Aparatının şöbə müdirinin müavini Əşrəf Şükürov isə həmin kəndlərdə yaşayan və 269 hektarın sahibi olan kəndliləri “bu şirkət MTN generalınındı, torpaqlarınızı o alır, sizə susmağı məsləhət bilirəm, yoxsa istənilən bəhanə ilə həbs oluna bilərsiz”,  deyərək qorxudub. Bu yolla torpaqlar dəyər-dəyməzinə alınaraq ələ keçirilib. Ə.Şükürov bu işin həllində “RAF-2006” MMC-nin direktoru Fəttah Seyidovla birgə işləyib.

Sabiq icra başçısının yalanı


Sabiq icra başçısı Fəxrəddin Məlikov istintaqa ifadəsində hər şeydən xəbərsiz olduğunu deyib: “O bildirib ki, 2004-2012-ci illərdə həmin vəzifədə işləyib. “RAF-2006” MMC-yə torpaq ayrıldığını bilirdim, amma detalları xatırlamıram”. Amma F.Məlikovun imzası olan torpaq sahələrinin ayrılmasına dair sərəncamlar onun qarşısına qoyulub və sabiq başçı həmin an hər şeyi “xatırlayıb” və ifadəsinə davam edib: “Bu işlə bağlı Fəttah Seyidov mənim yanıma gəldi və belə bir iş görmək istədiklərini dedi. Mən də bu işi Əşrəf Şükürova tapşırdım. Fəttah Seyidov şirkətin rəhbəri haqda mənə heç nə demədi. Bu işdə Akif Çovdarovun adı olduğunu bilmirdim”.

Əşrəf Şükürov isə istintaqa ifadəsində şirkətin Akif Çovdarova aid olduğunu generalın həbsindən sonra bildiyini deyib.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.



Xəbərin oxunma sayı : 484




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap