![]() |
|














“Polad Həşimov haqqında ifadə tələb olunurdu“ - Polkovnik yeni faktları açıqladı
Tarix 29.03.23, 17:24 |
|

“Tərtər işi” üzrə hərbçilərə işgəncə verməkdə ittiham olunan dörd nəfərin – keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçu Rüstəm Ələsgərovun məhkəmə prosesi davam edir. Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
AzFakt.com üzrə zərərçəkmişlərdən 10-a yaxın şəxs məhkəmədə ifadə verib. Onlar 2017-ci ilin may-iyun aylarında başlarına gələnlərdən, məruz qaldıqları işgəncələrdən danışıblar.
“Tərtər işi” üzrə zərərçəkmiş qismində tanınanlardan biri – polkovnik Pərviz Pirməmmədov ifadəsində göstərib ki, işgəncələrə məruz qalarkən ondan həm də Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci ilin iyulunda Tovuz istiqamətindəki döyüşlərdə həlak olmuş general Polad Həşimovla bağlı ifadələr tələb edirdilər. Qeyd edək ki, Pərviz Pirməmmədov Tərtər hadisələri baş verən dövrdə tabor komandiri olub.
“AzPolitika.info” “Musavat.com” istinadla xəbər verir ki, polkovnik Pərviz Pirməmmədov deyir ki, hələ Tərtər hadisələrindən əvvəl hərbi hissə komandiri Vüsal Ələsgərovla münasibətləri yaxşı deyildi. Ona görə başqa hərbi hissəyə göndərilməsi haqda əmri gəlmişdi.
O, məhkəmədə ətraflı ifadə verməyib. Yalnız Vüsal Ələsgərovdan soruşub ki, ona işgəncə vermək haqda əmri kimdən almışdı?
Çünki Vüsal Ələsgərov məhkəmədə ifadə verməkdən imtina etsə də, qısaca demişdi ki, o, yuxarı komandanlığın əmrini icra edib. Konkret olaraq, müdafiə naziri, nazir müavini, baş qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun adını çəkmişdi. Əmr icra etdiyinə görə də özünü təqsirli bilmədiyini vurğulamışdı. Lakin Vüsal Ələsgərov öncədən məhkəmədə heç bir suala cavab verməyəcəyini bildirərək, bu sualı da cavabsız qoyub.
Pərviz Pirməmmədov başına gələnlər haqda məhkəmədə ətraflı danışmadığına görə onun istintaqdakı ifadəsi elan olunub. O, həmin ifadəni təsdiqləyib. Orada göstərilib ki, Vüsal Ələsgərov onu təhqir edib, başqa qara maskalı şəxslərlə birlikdə onu döyüb. Pərviz Pirməmmədovun sözlərinə görə, onu da düşmənlə əməkdaşlıqda ittiham edirdilər.
Onun sözlərinə görə, hadisə yerində korpus komandiri, general Hikmət Həsənovu da görüb.
Pərviz Pirməmmədov ifadəsində bildirib ki, ona işgəncə verilərkən düşmənə casusluq etməsi haqda etiraflarla yanaşı, həm də mərhum general, Milli Qəhrəman Polad Həşimov haqda ifadə tələb olunurdu: “Polad Həşimov barədə bildiklərimi söyləməyimi tələb edirdilər”.
Zərərçəkmiş baş leytenant Bəhmən Məcidov deyir ki, polkovnik Vüsal Ələsgərovun yanına çatan kimi özünü, ailə üzvlərini təhqir edib, yerə yıxaraq, təpikləməyə başlayıb: “Sifətim qan içində idi. Bədənimdə bıçaq yeri qalır. Burnumun üstündə Vüsal Ələsgərovun çəkməsinin izi var. Poqonlarımı cırdılar. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə, it kimi yemək yemişik. Təsəvvür edin, biz keçə-keçə onlar çömçədə bizə yemək verirdilər. Onda da biri başımızdan qapaz vururdu, biri arxadan təpik vururdu. Mən özümü zabit olaraq, təhqir olunmuş hiss edirəm. Çünki pozulmuş hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Azərbaycan zabitiyəm, mənim ailəm niyə təhqir olunmalıdır? Niyə döyülməliyəm? Məni yerə uzatdılar, Vüsal Ələsgərov ayaqqabı ilə üstümdə gəzirdi. Məni yerdə təpikləyirdi, başımın üstünə ayağını qoyub əzirdi. Təsəvvür edin, biz su istəyəndə əvəzinə sidik gətirib verirdilər...”
Bəhmən Məcidov bədənindəki xəsarətlərin yerlərini, qolunda elektrik cərəyanı verilən hissədəki izi məhkəmədə nümayiş etdirib. O, Vüsal Ələsgərovdan şikayətçi olduğunu vurğulayıb, onun orden və medallarının alınmasını istəyib.
Yevlax sakini, Tərtər işgəncələri nəticəsində əlil olmuş 1993-cü il təvəllüdlü Vasif Ağayev bildirib ki, bu hadisələrə görə o, sağlamlığını itirib, ailəsi dağılıb.
Vaxtilə Əfqanıstanda sülhməramlı kontingentin tərkibində xidmət etdiyini deyən Vasif Ağayevin sözlərinə görə, Vüsal Ələsgərov və digərlərinin işgəncələri nəticəsində indi normal şəkildə həyatını davam etdirə bilmir: “Həmin gün postda idik, bütün heyəti düşürtdülər, “KAMaz”a yığıb, gətirdilər. Başımıza torba keçirdilər, dizüstə oturtdular. Bütün binanı “ay ana” qışqırtısı, ah-nalə bürümüşdü. Bu Vüsal məni təhqir edirdi, döyürdü. Allaha, atamın goruna and içirdim ki, mən erməniyə, rusa işləməmişəm. Atamın goruna da söydü. Ona o qədər nifrət edirəm. Onu mənim əlimə versələr... Mən bu vəziyyətə qalacaq adam deyildim. Bu məhkəmə zalındakı can-cüssəli oğlanlardan biri idim. Məni bu günə qoydular. İndi bu günə qalmışam. Özüm özümə nifrət edirəm. Pensiya verirlər, bir ay 400 manat, bir ay 200 manat... Mənə o qədər işgəncə, o qədər tok verdilər ki, özümdən getmişdim. Bakıya – “Papanin” hospitalına gətirdilər, orada tibb bacıları da az qalırdılar xirtdəyimizə qaşığı soxsunlar, guya vətən xainiyik...”
Təqsirləndirilən şəxslər zərərçəkmişlərin dediklərinə heç bir münasibət bildirməyib.
Məhkəmə prosesi aprelin 4-də davam edəcək.
Xəbərin oxunma sayı : 736
loading...
Hadisə
Xəbərlər
-
Azərbaycanda bu şəxslər dövlətdən müavinət ala bilər - 270 manat (VİDEO)
-
Son 20 gündə “Gəmiqaya”ya bağlı 16 şirkət yaranıb – Böyük kapitalları var
-
Mərhum nazirin qardaşı oğlu “İnterpol”a rəis müavini təyin edildi - FOTO
-
Daha bir qazi sağalaraq Vətənə geri dönüb - FOTO
-
Ukrayna əks-hücuma yayda başlamağı planlaşdırır - Ağ Ev
-
Mənzillərini sığortalamayanlar 1 iyundan cərimələnəcək? - Deputatdan açıqlama
-
Prezident İlham Əliyev Moldovaya səfər edib – FOTO
-
Arvadını yuxudan oyadıb öldürdü - FOTO
-
Dəstəfurçay-Qaraqollar çayından sel keçir - FAKTİKİ HAVA
-
Laçından göz oxşayan görüntülər - FOTOLAR
-
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Saatı 60 manata... + FOTO/VİDEO
-
“ASAN xidmət”lərdə artıq bu sənədlər tələb edilməyəcək - Fərman
-
Nazir müavinin şirkət rəhbəri olan qohumu məhkəmədə iş qaldırdı - FOTO
-
Cəbrayıl rayonunun Hovuslu kəndi - FOTOLAR
-
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişdi - FƏRMAN
-
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
-
“Edam hökmlərinin hamısı icra olunacaq” - İran məhkəmə sisteminin başçısı
-
“Azfinance İnvestisiya Şirkəti” iflasın bir addımlığında - Hesabat
-
“İtləri yığıb Koreyaya, Çinə sataq?“ - Milli Məclisdə müzakirə
-
Tanınmış modeli vəhşicəsinə döyən Ziya Hüseynzadə kimdir? - FOTO/VİDEO
-
“Məktəbə yaxın ərazilərdə siqaretlərin satışı qadağan edilməlidir“ - Deputat
-
KTN-nin sabiq şöbə müdiri Adəm İsmayılın kitabının təqdimatı olub - FOTO
-
Nazir “Bolt”, “Uber”, “Yango”nu tənqid etdi - Qanunvericilik dəyişir
-
Elşad Həsənov Yasamalı qarış-qarış satır - FOTOFAKT
-
“Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin şaxələndirilməsi deyil” - İlham Əliyev
-
Universitetlərin “levi“ gəlir mənbəyi - “Sərbəst iş”in taleyi necə olacaq?
-
24 filialı olan, 141 milyon manatlıq satış edən «Bolmart»ın sahibi - İldə cəmi 27 min manat qazanıb
-
Tanınmış model döyüldü - DİN araşdırma başlatdı
-
Azərbaycan Ordusunun ümumqoşun poliqonunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
-
Masallıda yararsız vəziyyətdə olan uşaq bağçası - Video
-
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlanıb, 2 nəfər döyülüb
-
Ətin bahalaşmasının daha bir səbəbi: heyvandarlığa dotasiya az ayrılır?
-
Bu rayonda sel təhlükəsi: 3 kəndin əhalisi təxliyə edildi
-
Lənkəranda tibb ocağından çox ilan yuvasına çevrilən məntəqə - VİDEO
-
Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO
-
Mövsümün ən yaxşı futbol transferləri məlum oldu – SİYAHI
-
Azərbaycanlı xanımlar niyə xarici kişilərlə evlənir? - VİDEO
-
Evli kişi qonşu qadınla əlaqə qurdu, onunla evlənmək istəməyəndə... – ŞOK OLAY
-
“TikTok”da saxta elanlarla abituriyentlərdən pul yığılır - XƏBƏRDARLIQ
-
Azərbaycanda daha iki nəfər COVID-19-a yoluxub - FOTO
-
Buzovnada dənizkənarına yenidən hasar çəkilir - VİDEO
-
Xocalıda avtomobil qəzası - ölən və yaralananlar var
-
“Talibanla heç vaxt müharibə olmayacaq” - SEPAH generalı
-
Azərbaycanda istirahət üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR
-
1 iyundan əmlakını sığortalamayanlar cərimə olunacaq? – Vacib açıqlama
-
Sabahdan hava şəraiti pisləşəcək - Xəbərdarlıq
-
Laçında bütün lazımi şərait yaradılır
-
“Biz İran məsələsini dərindən müzakirə etdik” - İsrail Prezidenti
-
İt dişləyən şəxs vaksini nə vaxt vurdurmalıdır ki, effektiv olsun? - Açıqlama
-
Kanndakı çıxışı mübahisə yaratdı - Türk məşhurlar arasında gərginlik
-
Azərbaycan Ordusunun Ağdam və Şuşadakı mövqeləri atəşə tutuldu - RƏSMİ
-
Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI
-
“Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub“ - Putin
-
Çində minarəyə görə müsəlmanlar ayağa qalxdılar - VİDEO
-
“Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur“ - İsxaq Hersoq
-
“Biz niyə xalqın əleyhinə qərarlar veririk?” – Deputat
-
Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI
-
15-18 yaş aralığında işləyən şəxslərə məzuniyyət düşür? - AÇIQLAMA
-
Ölkəyə narkotik gətirənlər saxlanıldı - FOTO
-
Laçının bərpası sürətlə həyata keçir
-
İshak Hersoq Azərbaycanda belə qarşılandı - VİDEO
-
Avtomobilini satmaq istəyənlərin NƏZƏRİNƏ: Sığorta tarixçənizi korlaya bilərsiniz - VİDEO
-
Cəbrayıl rayonunun Hasanlı kəndi - FOTO
-
Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
-
Azərbaycanda bu şəxslər birdəfəlik müavinət alacaq - SİYAHI
-
Əhaliyə xəbərdarlıq - 1-4 iyun tarixlərində...
-
Meyvə-tərəvəz paytaxtda niyə bahadır? - VİDEO
-
“Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər“ - Fuat Oktay
-
“Ölkədəki xırda bankların iflas həddinə çatacağını görəcəyik” - Ekspert
-
Azərbaycan Ordusu real döyüş şəraitində təlimlər keçirib - VİDEO
-
Buzovna qayalarında özbaşınalıq: Yeni hasarların bünövrəsi qoyulub - FOTO
-
Özbaşına fərdi ev tikən fiziki şəxslər 500 manatadək cərimələnəcəklər - DETALLAR
-
Azərbaycan və İsrail prezidentlərinin təkbətək görüşü olub - FOTO
-
Ermənilər Qarabağda silah daşıyır – VİDEO
-
Sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır
-
Bakıda bu küçələrdə evlər sökülür - Sakinləri nə gözləyir? (VİDEO)
-
Yaponiya Şimali Koreya raketinin vurulmasına göstəriş verdi: “Təhlükə olarsa, məhv ediləcək”
-
Milli Məclisin plenar iclası başlayıb - Gündəlikdə 28 məsələ var
-
“Əl-Hilal”dan Messiyə fantastik təklif - 1,2 milyardlıq müqavilə
-
Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? - AÇIQLAMA
-
İsrail prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Həkəri çayı üzərində möhtəşəm yeni körpü - VİDEO
-
“Ukrayna Ordusunun hücumunun vaxtı ilə bağlı qərar qəbul edilib” - Zelenski
-
Azərbaycanda hotel xidməti ucuzlaşacaq? - VİDEO
-
“Ermənistanın əsassız bəyanatını rədd edirik“ - Azərbaycan XİN
-
Psixiatriya xəstəxanasında xəstələrə əzab verilir? - VİDEO
-
Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var - VİDEO
-
Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədədir
-
“İstəmirəm qızım məşhur olsun“ - Sevda
-
“Ukraynanın bərpasına 400 milyard dollar lazım olacaq“ - Nazir müavini
-
Laçınlılar doğma yurda qayıdışın sevincini yaşayırlar - VİDEO
-
Kosovoda 41 NATO hərbçisi yaralandı: Vuçiç xalqa müraciət edəcək - VİDEO
-
Cəlilabadda kartofun qiyməti kəskin ucuzlaşdı - FOTO
-
Təmiz su tullantılarla çirkləndirilir - VİDEO
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Laçın şəhərinin möhtəşəm gecə görüntüsü - VİDEO
-
“Tezliklə hücuma keçəcəyik” - General
-
“Ərdoğanın Bəşər Əsədlə hələlik danışıqlar aparmaq planı yoxdur“ - İbrahim Kalın
-
ABŞ-də borc tavanının artırılması “Bitcoin”in qiymətinə necə təsir edəcək? - Açıqlama
-
Müdafiə Nazirliyi məlumat yaydı - Qeyri-qanuni erməni silahlılarının mühəndis işlərinin qarşısını aldı
-
Evləri suyun, küçələri də zibilin içində qalan sakinlər - VİDEO
-
Hikmət Hacıyev Ararat Mirzoyanla görüşəcək - Sabah
-
Avtobuslarla bağlı yeni qayda gəlir - Bundan sonra... (VİDEO)
-
“Rusiya dağılacaq, proses Şimalı Qafqazdan başlayacaq” - Saakaşvili
-
Son sutkada Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, 5 nəfər sağalıb - FOTO
-
Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində - VİDEO
-
Dünyada Azərbaycanın artan nüfuzu göz qabağındadır
-
İcra başçısının konteyner əməliyyatı - TENDER
-
Nazirliklərin avtomobilləri satışa çıxarıldı - 800-18000 MANAT
-
Aysun keçmiş həyat yoldaşı haqda: “Ona ehtiyacım yoxdur“
-
Deputat Elman Nəsirov Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? - VİDEO
-
Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
-
Azərbaycanda hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - FOTO/VİDEO
-
Prezident qəbullar keçirib – FOTOLAR
-
Qalib və məğlub arasındakı fərqi görmək üçün bu səhnə yetərli idi...
-
Bağ evlərinin kirayəsi bahalaşdı - VİDEO
-
Azərbaycanda zavodun fəaliyyəti dayandırılıb - Rəhbəri cərimələnib
-
Ərdoğan ən çox səsi hansı bölgələrdən əldə edib? - SİYAHI
-
Qubadlı rayonunun Mahruzlu kəndi - FOTO
-
Zuğulba çimərliyi yenidən hasarlanır - VİDEO
TOP 10
ARXİV