“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Qarabağ“ daha bir ispan futbolçu transfer edir - İspan mediası

Tarix 02.09.19, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" İspaniyadan daha bir futbolçu transfer edir.

Sport7.az xəbər verir ki, bu barədə ispan mediası məlumat yayıb. Məlumata görə, Azərbaycan çempionu "Saraqosa"nın yarımmüdafiəçisi Xorxe Pombonu heyətinə qatmaq istəyir.

25 yaşlı futbolçunu "Qarabağ"la yanaşı, La Liqa təmsilçisi "Malyorka", Sequnda klublarından isə "Estremadura", "Ovyedo", "Kadiz" və ABŞ klublarından biri də istəyir. "Saraqosa" əvvəlcə onun üçün 3 milyon avro (5,6 milyon manat) tələb etsə də, hazırda bir milyon avroya (1,86 milyon manat) satağa razıdı.

Qeyd edək ki, tam adı Xorxe Markos Pombo Eskobar olan futbolçu "Saraqosa"nın yetirməsidi. O, 2016-cı ildən əsas komandada çıxış edir. Ötən mövsüm 41 rəsmi oyuna çıxan futbolçu 5 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 700 min avro (1,3 milyon manat) qiymət qoyub.

Onu da qeyd edək ki, hazırda "Qarabağ"da 3 ispan futbolçu çıxış edir: Xayme Romero, Migel Madera (Miçel), Dani Kintana.



Xəbərin oxunma sayı : 511




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap