![]() |
|














İran ətrafında halqa daralır: ABŞ-ın “qara üzü” niyə İran təmsilçisi oldu?
Tarix 07.08.20, 20:30 |
|
308.jpg)
ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəsi Brayan Huk vəzifəsindən istefa verib. Bunu Dövlət katibi Mayk Pompeo açıqlayıb.
Pompeo bildirib ki, Brayan Huk ABŞ-ın İrandakı xüsusi nümayəndəsi və Dövlət Departamentinin Baş müşaviri olaraq istefa vermək qərarına gəlib. Dövlət katibi onun yerinə gətiriləcək şəxsin adını da açıqlayıb: ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Eliott Abrams.
Abrams bundan sonra Venesuela ilə bərabər, İranın da xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.
Hukun istefa ərizəsinin mürəkkəbi qurumamış yerinə dərhal başqa birisinin təyinatı onun öz xoşuyla vəzifəsini tərk etmədiyindən, bu qərarın gözlənilməz olmadığından və kadr dəyişikliyinin əvvəlcədən planlaşdırıldığından xəbər verir və istər-istəməz, bəzi suallara yol açır: bu dəyişikliklərlə ABŞ nəyə nail olmaq istəyir? Əvvəlki təmsilçinin nəyi Tramp hakimiyyətini qane etmirdi ki, onun ağır işini onsuz da Venesuela problemi ilə başını qaşımağa vaxt tapa bilməyən yaşlı bir insanın çiyninə yükləyir?
Zənnimizcə, bu suala ən doğru cavabı hər iki diplomatın keçmişinə və siyasi cizgilərinə nəzər salaraq tapa bilərik.
İlk öncə, istefaya gedən Brayan Hukun dosyesinə göz gəzdirək.
Brayan Huk 2018-ci ildə İrana tətbiq olunan sanksiyalara nəzarət etmək məqsədilə yaradılan “İran işçi qrupu”nun başına gətirilmişdi. Onun rəhbərlik etdiyi qrupun əsas vəzifələrindən biri də bu sanksiyalara əməl etməyən ölkələrə qarşı atılacaq zəruri addımları müəyyənləşdirməkdi.
Brayan Huk bu vəzifəyə təsadüfi seçilməmişdi. O, Tramp hakimiyyəti dövründə ABŞ Dövlət Departamentinin ilk rəhbəri Reks Tillerson tərəfindən qurumun Siyasi Planlaşdırma İdarəsinin rəhbəri vəzifəsinə gətirilmiş və ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas fiqurlardan biri olmuşdu. Peşəcə inşaat mühəndisi və iş adamı olan Tillersonun diplomatik yetərsizliyi Huk tərəfindən kompensasiya edilirdi, dolayısıyla bu adam ABŞ xarici siyasətinin müəyyənləşdirilməsində bir nömrəli şəxs kimi tanınırdı.
Di gəl ki, Reks Tillersonun dövlət katibliyi “bildirçinin bəyliyi” kimi uzun sürməyəcək, vəzifəyə təyin olunduqdan bir neçə ay sonra Trampla bəzi məsələlərə yanaşmada fərqli düşündükləri ortaya çıxacaqdı. Tillerson xüsusilə Şimali Koreya və Əfqanistan məsələsində Trampın sərt siyasətini bəyənmir, açıq-aşkar ona qarşı çıxırdı. Prezidentlə dövlət katibi arasındakı ziddiyyət o qədər dərin idi ki, Tillersonun Şimali Koreya lideri Kim Çen İn ilə sonuncu görüşü başa çatmamış Trampın bir Tvitter paylaşımı ilə bütün danışıqları puç etmiş və dövlət katibini geri çağırmışdı. Həmin tvitter paylaşımında eynilə belə deyilirdi: “Kiçik raket adamla görüşərək çox vaxt itirdiyini söyləmişdim. Enerjinə qənaət et, Reks, biz lazım olanları edəcəyik!”
Bu paylaşımdan sonra ABŞ mətbuatında Tillersonla Tramp arasında ziddiyyətlərin yaşandığı, dövlət katibinin istefaya hazırlaşdığı və Pentaqon yetkililəri ilə söhbətində prezidenti “axmaq” adlandırdığı xəbərləri yayılmışdı. İddialarla bağlı mətbuata açıqlama verən Tillerson bütün deyilənləri təkzib etsə də, bir neçə aydan sonra həqiqətən də istefaya göndərilmişdi. Həm də öz istəyinin xilafına olaraq.
Tillersondan sonra onun yerinə Mayk Pompeo gəlmiş, beləcə Brayan Hukun da ABŞ xarici siyasətindəki mövqeyi sarsılmışdı. O, Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış və ABŞ-ın İran üzrə təmsilçisi vəzifəsinə gətirilmişdi.
ABŞ Dövlət Departamentinin rəsmi saytındakı məlumata görə, Brayan Huk ABŞ-ın keçmiş prezidenti Corc Buş hökuməti zamanı Dövlət Departamentinin Beynəlxalq Rejimlər Dairəsinin məsul şəxsi, habelə Ağ Evdəki Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi nümayəndəsi olmuş və Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışmışdı.
“Reuters” xəbər agentliyinin məlumatına görə, Huk 2018-ci ildə ABŞ-ın Avropa və Asiya müttəfiqlərinin İrana neft idxalını dayandırmasında öz diplomatik bacarıqları ilə mühüm rol oynamışdı. Bununla belə, Tramp administrasiyasının Hukun fəaliyyətindən o qədər də məmnun olmadığı sezilirdi. Səbəb isə çox sadədir: ciddi diplomatik təcrübəyə və bacarığa malik olmasına baxmayaraq, o, Tramp və komandası qədər şahin görüşlü birisi deyil.
ABŞ xarici siyasətinə ciddi təsir imkanlarının olduğu Tillerson dövründə aparılan siyasətin Tramp administirasiyası tərəfindən qəbul olunmaması da bunu sübut edir. Əslində Hukun indiki vəzifəsindən uzaqlaşdırılması qərarı Tillersonun istefaya göndərilməsiylə verilmişdi. Kim bu adamın yerinə olsa, Tillersondan qabaq şələ-şüləsini yığışdırıb Ağ evdən uzaqlaşardı. Hər halda ölkə diplomatiyasının gizli “Bir nömrəli”sindən İran məsələsi kimi bataqlığın içinə atılması Huk üçün önəmli mesaj ehtiva edirdi.
Onun yerinə gətirilən Eliott Abrams isə tam Tramp təfəkkürdə olan birisidir. Hətta ona ABŞ xarici siyasətinin “qaranlıq üzü” də deyirlər. Öz aqressiv mövqeyi ilə İranla bağlanan nüvə sazişinə qarşı ilk çıxanlardan olan Abrams ABŞ-ın, demək olar ki, bütün savaşlarında ön planda yer alıb. O, Suriyaya hərbi müdaxiləni dəstəkləməsi və ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Kuba ilə münasibətləri normallaşdırmaq siyasətinə görə sərt tənqidi ilə yadda qalıb.
Elliot Abramsın adı ilk dəfə 1980-ci illərdə Ronald Reyqanın Latın Amerikası ölkələrində kommunizmlə mübarizə siyasətində əsas məsul şəxslərdən biri kimi gündəmə gəlib. Apardığı siyasətlərdə insan haqlarının pozulması və xeyli insan tələfatı ilə nəticələnməsi tez-tez beynəlxalq təşkilatlarda mübahisələrə səbəb olub. ABŞ-ın hazırladığı El Salvador ordusunun 1981-ci ildə El Mozotedə 1000-ə yaxın mülki şəxsin qətliamı ilə nəticələn hücumunun planlaşdırılmasında Elliot Abramsın bir nömrəli şəxs kimi adı hallanır.
Abrams İran məsələsinə də yad biri deyil. İran-İraq müharibəsində hər iki tərəfə silah satmaq qalmaqalının əsl müəllifi bu adamdır. İddialara görə, həmin silah ticarətindən əldə edilən maliyyə ilə dünyanın bir çox yerində kontra-partizanlarına göndərilirdi. İndiki terminlərlə desək, beynəlxalq terror dəstəklənirdi. Maraqlıdır ki, Abramsın özü də daha sonra bu ittihamları və dövlət orqanlarını aldatdığını ABŞ Konqresinə verdiyi hesabatda qəbul etmiş və bu səbəbdən öz vəzifəsindən qovulmuşdu.
Elliot Abrams daha sonra Reyqanın varisi, prezident Corc Buş tərəfindən bağışlanmış və Ağ Evə baş xarici siyasət müşaviri kimi geri qayıtmışdı. 2001-ci il 11 sentyabr hücumlarından sonra təcavüzkar “terrorla müharibə” siyasətinin əsas tərəfdarlarından biri kimi ün qazanmışdı. Halbuki həmin terror aktının kim tərəfindən planlaşdırıldığı indiyədək məlum deyil. Bu terror aktının ABŞ-ın Yaxın Şərq və Asiya ölkələrinə hərbi təcavüzlərinə bəhanə yaratmaq üçün törədildiyi indi daha çox ekspertlər tərəfindən qəbul edilir.
BBC bu adam barəsində yazır: “Abrams xaricdə Amerika maraqlarına uyğun olaraq “demokartiyanı təşviq etmək” ideologiyasına inanan və öz fikirlərini tez-tez media səhifələrinə daşıyan neo-mühafizəkar şahin kimi tanınır. Bu ideologiyaya xüsusilə Reyqan və Buş ata-oğul dövrlərində üstünlük verilirdi”.
Abrams 2018-ci ilin iyun ayında ABŞ-ın Beynəlxalq Münasibətlər Şurasına yazdığı bir məqalədə özünün “demokratiyanın təşviqi” nəzəriyyəsinə bu cür aydınlıq gətirir: “Bu, dünya rəhbərliyinin açarı deməkdir. Bütün ABŞ prezidentləri “demokratiyanın təşviqi”ni Corc W. Buş administrasiyası kimi, öz xarici siyasətlərinin əsas prioritetinə çevirə və ya Prezident Obamanın və Trump administrasiyasının etdiyi kimi buna məhəl qoymaya bilər. Amerika xalqı demokratiyanı təşviq etmək ideyasından üz döndərmədi və ABŞ-ın daha müasir, demokratik ölkə olmasından bəhrələndiyini unutmadı.”
Bir sözlə, ABŞ-ın İran üzrə yeni təmsilçisi 1980-ci ildən bəri Vaşinqtonun apardığı imperialist müharibələrin əsas ideya rəhbəridir. Onun xüsusilə Beyrutdakı partlayışdan sonra bu vəzifəyə gətirilməsi İran üçün ciddi siqnaldır. Görünən budur ki, İran ətrafında həlqə tədricən daralır və yaxın günlərdə Fars körfəzi yenidən qaynaya bilər.
Heydər OĞUZ
Strateq.az
Xəbərin oxunma sayı : 7396
Analiz
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV