Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Rublla bağlı Putinlə razılıq əldə etdik” - Ərdoğan

Tarix 06.08.22, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb.

Təbii qazla bağlı Türkiyə ilə Rusiya arasında yeni razılaşma, rusiyalı sənayeçilərin fəaliyyətləri, banklararası ortaqlıq kimi məsələlərlə bağlı suallara cavabında Ərdoğan bildirib ki, sərmayə qoymaq istəyən hər kəsə dəstək verilir.

“Türkiyənin hazırda qapısı hər kəsə açıqdır. Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə bu son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, bu Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Bu mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək. Rusiyanın “Mir” kartı da var. Hazırda beş bankımız bununla bağlı işləri davam etdirir. Ciddi irəliləyişlər var. Bu, təbii ki, Rusiyadan gələn turistlər üçün çox rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Həm onlar, həm də bizim üçün çox əlverişli sistemdir. Səfər zamanı Rusiya Mərkəzi Bankının prezidenti və Mərkəzi Bankımızın prezidenti arasında da görüş oldu”, - deyə Ərdoğan bildirib.

Mənbə:  Haber Global



Xəbərin oxunma sayı : 754




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap