![]() |
|














“Səudiyyə Ərəbistanında çevriliş ola biləcəyini fərz edək...” - Kanadaya qaçan şahzadə Qaşıqçının taleyini yaşaya bilər
Tarix 12.03.20, 21:49 |
|
9692.jpg)
Kanada hökuməti vəliəhd şahzadə Məhəmməd bin Salmanın (MBS) hakimiyyəti üçün təhlükə hesab edilən Səudiyyə kəşfiyyatçısına sığınacaq verib.
Bir zamanlar Qərb xüsusi xidmət orqanları ilə dərin əlaqələri olan keçmiş daxili işlər naziri, hazırkı tacdar şahzadənin rəqibi Məhəmməd bin Naifin etibarlı məsləhətçisi olan Səad əl-Cəbri səltənət xaricində ən çox axtarılan səudiyyəli olaraq səciyyələndirilir.
Cəbri 2017-ci ildə, bin Naifin ev dustağı edilməsindən əvvəl krallıqdan qaçıb. Onun Kanadaya sığınması 2018-ci ilin yayından Ottava ilə Riyad arasındakı misli görünməmiş diplomatik münaqişə doğurub.
Ötən Cümə günü şahzadə yeni həbslər həyata keçirib. Səudiyyə hökuməti hələ həbslərlə bağlı rəsmi açıqlama verməyib. 3 il əvvəl bin Naifə olan sədaqətinə görə Cəbri 31 yaşlı şahzadənin hədəfinə çevrilib.
Vəziyyəti bilən bir mənbə deyib: “Səudiyyə Ərəbistanında çevriliş ola biləcəyini fərz edək. O, ən böyük təhlükədir. Bunu etmək üçün pulu və gücü var”.
İkinci bir mənbə bildirib ki, hətta Kanadada da keçmiş məmur Məhəmməd bin Salmandan qorxuducu mesajlar alaraq təqib olunur. Mənbə deyib ki, Cəbrinin yenidən krallığa gətirilməsi cəhdi var.
Kanada Təhlükəsizlik Xidmətləri şərh verməkdən imtina edib.
Kanada Kral Daxili Polis İdarəsi (RCMP) sözçüsü MEE-yə deyib: “Ümumiyyətlə, yalnız cinayət işinin açılması halında, RCMP istintaqı, ittihamın xarakterini və şəxsin adını açıqlaya bilər”. “MEE” Cəbri və ailəsindən bir neçə kanal vasitəsi ilə şərh istəyib, ancaq cavab almayıb.
Nüfuz mübarizəsi
Krallığın Daxili İşlər Nazirliyində işlədiyi müddətdə Cəbri antiterror fəaliyyətində yaxından iştirak edib, xüsusən, bin Naiflə Səudiyyə dini liderləri arasında bir kanal olub.
Kral Abdullahın ölümü və kral Salmanın taxta çıxmasından və daha sonra, 2015-ci ilin yanvarında Məhəmməd bin Salmanın hakimiyyətə gəlməsi ilə, Cəbri və digər yüksək vəzifəli nazirlik səlahiyyətlisi, general Əbdüləziz əl-Huvayrini arasında nüfuz mübarizəsi başlayıb.
Həm Cəbri, həm də Huvayrininin ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub.
Ancaq gərginlik onların sədaqətini üstələyib. Cəbri o dövrdə tacdar şahzadə olan bin Naifi dəstəkləyib, Huvayri isə gənc MBS-i. Sonda həm Cəbri, həm də Naif işdən qovulub.
2015-ci ilin sentyabr ayında Cəbrinin Məhəmməd bin Salmanın xəbərsiz, Vaşinqtonda CIA direktoru Con Brennanla görüşdüyü bildirilir. Cəbri evə qayıdanda, kral fərmanı ilə işdən azad edilib.
“Washington Post” qəzetinin köşə yazarı David İqnatius yazıb ki, Cəbrinin işdən çıxarılması Məhəmməd bin Salmanın “səltənəti havaya uçurma və ya uçurumdan aşağı ata biləcəyinə” dair xəbərdarlıq əlamətidir.
2017-ci ilin iyun ayında növbə bin Naifə çatıb. Həmin ay o həm tac şahzadə, həm də daxili işlər naziri vəzifələrindən kənarlaşdırılıb, sarayda ev dustağına çevrilib.
Bin Naifdən sonra Huvayrini də vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı olub. ABŞ rəsmiləri o zaman “New York Times” qəzetinə verdiyi açıqlamada həm bin Naifin, həm də Huvayrininin itkisinin krallıqla kəşfiyyat məlumatı mübadiləsini əngəlləyəcəyini söyləyiblər. Lakin bir ay ərzində Huvayrini milli təhlükəsizliyə cavabdeh olan, yeni yaradılan Dövlət Təhlükəsizlik İdarəsinə rəhbər gətirilib, habelə daxili kəşfiyyat, xüsusi əməliyyat qüvvələri və antiterror fəaliyyətləri Daxili İşlər Nazirliyinin səlahiyyətlərindən alınaraq ona verilib. O vaxta qədər Cəbri artıq ölkədən qaçıb.
Kanadaya qaçış
2017-ci ilin yayında Almaniyaya qaçdıqdan sonra Cəbri ABŞ-a gedib və onun Boston bölgəsində qaldığı güman edilir. Bu müddət ərzində o, Harvard Universitetinin Belfer Mərkəzi üçün bloq məqalələri yazıb.
Bin Naifin köməkçisi olaraq ABŞ kəşfiyyat icması ilə geniş əlaqələrinə baxmayaraq, məsələ ilə bağlı məlumat verən iki mənbə Donald Trampın hakimiyyətdə olduğu dövrdə Cəbrinin təhlükəsizliyinə əmin olmadığını söyləyib. 2017-ci ilin dekabrında o, ailəsi ilə Kanadaya gedib.
Cəbrinin vəziyyəti haqqında məlumat verən üçüncü bir mənbə “MEE”-yə deyib ki, Cəbri Kanadaya gələndən təqib edilir. Kanadanın Xarici İşlər şərh verməyib. “MBS dəvədir”
Kanada hökumətinin Cəbri və ailəsinə göstərdiyi yardımlar 2018-ci ilin avqustunda Ottava ilə Ər-Riyad arasında diplomatik münaqişə yaradıb. Kanadanın Riyaddakı səfirliyi ərəb dilində tvitlər atdıqdan sonra, 48 saat ərzində Səudiyyə Ərəbistanı elçisini geri çağırıb, Kanada səfirini krallıqdan qovub, bütün yeni biznes və investisiya əməliyyatlarını dondurub.
Cəbrinin Kanadaya sığınması haqqında məlumat verən qaynaqlar bunu belə şərh edib: “Tvit sadəcə dəvənin donqarını qıran saman idi və dəvə – MBS-dir”. Ottava Universitetinin dosenti olan Tomas Juno deyib: “MBS-in bunu niyə etməsinin səbəbi aydın oldu. Ancaq bu, Kanada ilə məyusluğunu artıran kiçik bir qıcıqlanma idi”.
İctimai radar
Cəbri krallıqdan ayrıldığı vaxtdan bəri ictimai radardan kənarda qalıb. Anonimlik şərtiylə danışan bir səudiyyəli dissident də bunu təsdiqləyib.
Keçmiş CIA təhlilçisi və “Brookings”-də Kəşfiyyat Layihəsinin direktoru Bryus Ridel Cəbrinin Kanadaya köçündən təəccüblənmədiyini söyləyib. “Dissident olan istənilən şəxs oğurlanmaq ya öldürülmək təhlükəsi ilə üzləşir. Tramp rəhbərliyi problemi qulaqardına vurur”.
2018-ci ilin noyabrında Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsində Məhəmməd bin Salmanın rolunu azaltdığına görə Tramp tənqid atəşinə tutulub.
FTB-in bildirdiyinə görə, Qaşıqçının öldürülməsindən bir neçə həftə sonra Səudiyyə müxaliflərini potensial təhlükə ilə qarşılaşdıqları barədə xəbərdarlıqlar edib.
Bu ilin əvvəlində Kaliforniyada yaşayan Əbdürrəhman əl-Mutayri “Daily Beast” və “LA Times” qəzetlərinə verdiyi açıqlamada FTB-nin onu Səudiyyə hökumətinin ABŞ torpaqlarında oğurlanması cəhdinin qarşısını aldığını söyləyib.
(Tərcümə: Strateq.az)
Xəbərin oxunma sayı : 787
Analiz
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV