“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Səyahət etmək istəyənlər öncədən vaksin vurdursunlar”- Samir Dübəndi

Tarix 01.03.21, 22:27

Font ölçüsü : - / +
bitmap-img6


“Dünyanın əksər ölkələri ilə yanaşı Azərbaycanda da COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Səyahət etmək istəyi olan insanlar yaxşı olardı ki, öncədən vaksin vurdursunlar”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

O bildirib ki, vətəndaşların səyahətə çıxmamışdan bir neçə gün əvvəl vaksin vurdurmaları yaxşı olar:

“Bunun üçün ölkədə bütün imkanlar yaradılıb. Səyahət arzusunda olanlar nəzərə alsınlar ki, irəlidə yaz və yay mövsümü gəlir. Bu aylar da turizm üçün yüksək mövsüm hesab olunur. Məncə, səhayət planları quranların indidən vaksinasiya olmaları arzuolunandır. Bilirik ki, səyahətə gedərkən uçuşdan 48 saat əvvəl PZR testi verilməsi tələbi var. Bu testin neqativ nəticəsi olmadan sərhəddi keçmək olmur. Digər tərəfdən ləğv edilmiş aviareyslər bərpa olunmaqdadır. Bir çox ölkələr öz qapılarını bütün ölkələrə olmasa da, bəzilərinə açıb”.

S.Dübəndi hesab edir ki, bir çox aviareyslərin bərpa edilməsi yaxşılığa doğru addımlardır: “İnsanların səyahət imkanları genişlənəcək, amma məhdudiyyət və tələblər qalmaqdadır. O cümlədən, vaksin və PZR testlərinin tələb olunması bir müddət qalacaq. Düşünmürəm ki, yaxın zamanlarda əvvəlki illərdəki kimi beynəlxalq və dövlətlərarası turizm kütləvi şəkildə bərpa ediləcək. Amma daxili sıçrayışlı turizm fəaliyyəti olacaq. Buna da ciddi hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda yaxın zamanlarda səyahət etmək istəyənlərdən vaksin pasportunun tələb olunacağı ilə bağlı iddialar səsləndirilir.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap