Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

“Seymur Talıbovun sürücüsünə pul vermişəm...” – Həbsxana rəisinin məhkəməsi

Tarix 04.12.23, 17:59

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub, zərərçəkmişlər dindirilib.

Təqsirləndirilən Tofiq Həsənov məhkəməyə ərizə ilə müraciət edərək prosesə onlayn qaydada qatılıb. Məhkəmədə qeyd edilib ki, Tofiq Həsənov 2016-cı ildən çalışdığı Pentensiar Xidmətdə vəzifəsindən istifadə edərək 52 vətəndaşdan rüşvət alaraq, onları kiçik rəis və zabit vəzifələrinə götürüb. Təqsirləndirilən şəxs isə irəli sürülən ittihamları qismən qəbul edib.

Tofiq Həsənov ilkin istintaq dövründə verdiyi ifadələrin bir qismini təsdiq edib. O, çalışdığı dövrdə Seymur Talıbovun sürücüsü Həsən Əhmədova və Naxçıvan Muxtar Respublikasının keçmiş ədliyyə naziri Daşqın Rəhimova pul verdiyini deyib. Lakin T.Həsənov pulu hardan aldığını və həmin şəxslərə niyə verdiyini açıqlamayıb.

Məhkəmədə daha sonra şahidlər dindirilib. Proses dekabrın 19-da davam etdiriləcək. Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.





Xəbərin oxunma sayı : 751




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap