Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Tapşırığı mən vermişəm, qurtardı getdi“ - Alimpaşa Məmmədov pulun mənimsənilməsi haqda

Tarix 31.01.23, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 13 şahid - bağça müdirləri və icra nümayəndələri dindirilib.

Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov bildirib ki, işlədiyi dövrdə Şəmkir şəhər 6 saylı Körpələr evi və uşaq bağçasına 1587 manat məbləğində 30 kub odun yanacağı verilməsi barədə qaiməyə qol çəksə də, həmin yanacaq təhvil verilməyib:

“Qaiməni Alimpaşa Məmmədovun tapşırığı ilə imzalamışam. Mənə demişdilər ki, sən öz işinlə məşğul ol, heç nəyə qarışma”.

Alimpaşa Məmmədov ifadəyə belə münasibət bildirib: “Pərviz İbrahimovun dediklərinin hamısını təsdiq edirəm”.

Prosesdə əhalinin siyahıya alınması zamanı pul yığılması ilə bağlı ən çox adı çəkilən rayon Statistika şöbəsinin sabiq müdiri Pərvin Gözəlov da ifadə verib.

Pərvin Gözəlov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Şahidin sözlərinə görə, əhalinin siyahıya alınması zamanı icra nümayəndələri, bağça müdirləri və digər işçilərdən ümumilikdə 40 min manat pul toplanıb. Həmin pul da icra başçısının müavini Qüdrət Əliyev vasitəsilə Alimpaşa Məmmədova çatdırılıb.

Alimpaşa Məmmədov isə 40 min manatın 15 min manatını əziyyət çəkdiyi üçün Gözəlova qaytardığını deyib. Bu vaxt dövlət ittihamçısı ilə sabiq icra başçısı arasında mübahisə olub. Dövlət ittihamçısı əvvəlki ifadəsində 40 min manatın hamısını özünə götürdüyünü deməsini sabiq başçının diqqətinə çatdırıb.

18 ay şəhər Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş Elşən Quliyev isə bağçaların təminatı üçün ayrılan pulun mənimsənilməsi epizodu üzrə sorğu-sual edilib.

Elşən Quliyevin sözlərinə görə, ayrılan pullara bağçalar üçün müxtəlif materiallar almaq üçün ona Alimpaşa Məmmədov tapşırıq verməyib. Prokuror şahiddən düzgün danışmasını tələb edərkən Alimpaşa Məmmədov müdaxilə edərək tapşırığı özü verdiyini deyib:

"Mənə yaxşılıq eləmək istəyir (gülür). Mən tapşırığı vermişəm, ifadəni də təsdiqləyirsən. Elədi, qurtardı getdi!"

Şahid qismində ifadə verən bağça müdirləri isə əhalinin siyahıya alınması zamanı toplanmış pullar barədə danışıblar. Şahidlər siyahıya alınma zamanı toplanan pulların rayon statistika şöbəsinin müdiri Pərvin Gözəlov və icra başçısının müavini Qüdrət Əliyev tərəfindən Alimpaşa Məmmədova çatdırıldığını deyiblər.

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.



Xəbərin oxunma sayı : 757




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap