Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vahid Əiyev niyə “vuruldu“? – “Ordudakı casus işinin rolu ola bilər”(Yeniləndi)

Tarix 02.06.17, 4:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub. Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Bu, kifayət qədər ciddi dəyişiklikdir. Heç şübhəsiz ki, Vahid Əliyevin vəzifəsindən azad olunmasının arxasında Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu var.

Adının çəkilməsini istəməyən ekspertlərdən biri “AzPolitika”ya açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib: “Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.

Hərbi ekspert Üzeyir Cəfərli də Vahid Əliyevin işdən çıxarılmasını onun işindəki çatışmazlıqlarla əlaqələndirib. “Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi” – deyə ekspert sosial şəbəkədə paylaşdığı məqaləsində bildirib.

Ü.Cəfərov həmçinin onu da əlavə edib ki, Vahid Əliyevin səhhətindəki problemlər də onun iş keyfiyyətini aşağı salırdı. Sitat: “Hər bir komandir istəyir ki, onun güclü Qərargahı olsun. Ağıllı və savadlı, bacarıqlı, əqidəsi və mənəvi cəhətləri sağlam olan komanda istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olur. Lakin hörmətli Vahid Əliyevin son vaxtlar onu narahat edən sağlamlığı ona tam şəkildə imkan vermirdi ki, öz vəzifə borclarını layiqincə yerinə yetirsin. Və sözsüz ki, Ali Baş Komandana ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı gündəlik ən operativ və dəqiq xəbərləri məruzə edən şəxslərdən biri də, məhz bu vəzifənin daşıyıcısı olan şəxs olmalıdır. Təəssüf ki, son zamanlar ölkə başçısı bu sahədə lazımi şəkildə ətraflı bilgilər almaqda çətinlik çəkdiyinə görə, o bu sahəni canlandırmaq üçün belə bir qərar verib. Hesab edirəm ki, ölkəsinin indiki şəraitdə müharibə vəziyyətində olmasını gecə-gündüz bilən bir şəxs kimi Ali Baş Komandan doğru olan nədirsə, onu da edib”.





Xəbərin oxunma sayı : 2392




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap