“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Yalvarıram, Rusiyaya və Belarusa getməyin“ - XİN rəhbəri

Tarix 11.09.25, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Polşanın xarici işlər naziri Radoslav Sikorski siyasi oyunların girovuna çevrilmələri üçün vətəndaşlarını bir daha Belarus və Rusiyaya getməməyə çağırıb.

APA xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.

Sikorski, sentyabrın əvvəlində Belarusda nümayişkaranə şəkildə saxlanılan və casusluqda ittiham olunan polyaklı rahib Qjeqoj Havelin vəziyyəti ilə bağlı suala cavab verərkən bildirib ki, Belarus hakimiyyətinin hərəkətləri qəbuledilməzdir, lakin vurğulayıb ki, Havel bu ölkəyə Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq səfər edib.

"Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə insanları girov götürürlər – biz isə həmişə dəyişmək üçün `öz girovumuzu` tapmırıq... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kim gedirsə, bunu öz riski ilə edir. Sonra Polşa dövlətini günahlandırmayın", – Radoslav Sikorski vurğulayıb.

Nazir əlavə edib ki, Polşa saxlanılan vətəndaşın azad olunması yollarını axtarır.

"Əgər bu bizim əlimizdə olsaydı, Belarusda həbs olunan polyaklar çoxdan azadlıqda olardılar", – o. qeyd edib.



Xəbərin oxunma sayı : 463




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap