| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
“Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır” - Əli Həsənov
Tarix 18.10.19, 13:42 |
|
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" başlıqlı məqalə yazıb.
AzFakt.com Əli Həsənovun həmin məqaləsini təqdim edir:
***
İyirmi altı il bundan əvvəl Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş ümummilli lider Heydər Əliyevin ölkəmizin sanki bu gününə ünvanlanmış müdrik bir kəlamı var: “Tarix həmişə hər şeyi öz yerinə qoyur... Əgər hər hansı bir ölkənin vətəndaşları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik məmləkət belə ən böyük dövlət qədər qüdrətli olur”. Ulu Öndər bu tarixi sözləri ölkəmizin ən ağır günlərində, xalqın gələcəyə inamının, ümidlərinin tükəndiyi çox çətin bir vaxtda söyləmişdi. Lakin o təkcə bu çətinliyi və reallığı görməklə, bu haqda həyəcan təbili çalmaqla kifayətlənməmiş, doğma xalqını öz ətrafında birləşdirərək siyasət meydanına atılmış , Azərbaycanın müstəqil dövlətçiliyini xilas etmişdir və bugünkü güclü dövlətimizin əsaslarını yaratmışdır.
Həqiqətən keçən dövr göstərdi ki, tarix hər şeyi öz yerinə qoyur; bu xalqı sevməyən, bu dövləti dağıtmağa çalışan xəbis niyyətli insanların bütün planları zaman-zaman puç oldu. Min illər boyu yaşadığımız bu torpaqlarda babalarımızın xəyal belə edə bilməyəcəyi tarixin ən qüdrətli Azərbaycan dövləti quruldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dövlət hazırda öz tarixinin ən möhtəşəm inkişaf dövrünü yaşayır. Tək elə buna görə Azərbaycan xalqının və onun müdrik liderinin adı qızıl hərflərlə tarixə yazilmışdır. Çünki, 1993-cü ildə ölkənin məhv olmaq təhlükəsini görən və nicatını öz liderinin - Heydər Əliyevin qayıdışına bağlayan da, 2003-cü ildə ölkəni yenidən 1990-cı illərin anarxiya və xaosuna qaytarmaq istəyənlərə yox deyərək, Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşən də məhz bu xalqdır!
Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başlayarkən ilk çıxışında Heydər Əliyevin daxili və xarici siyasət kursunu dönmədən davam etdirəcəyini, ölkəni davamlı islahatlar yolu ilə gələcəyə aparacağını bəyan etmişdi. Aradan keçən zaman ərzində bu vədə dönmədən əməl olunmuş, ölkə həyatının bütün sahələrində Heydər Əliyev kursu, milli-mənəvi dəyərlərə sadiqlik qorunmaqla dinamik islahatlar həyata keçirilmişdir. İlham Əliyevin 16 illik prezidentlik fəaliyyəti onu məhz qurucu-islahatçı lider kimi xarakterizə etməyə tam əminlik yaradır. İslahatçı liderlər xalqının, dövlətinin gələcək taleyi üçün lazım olan və vaxtı çatan dəyişiklikləri zamanında görür, müasir dövrün yeniliklərini və trendlərini uyğun formada öz ölkəsində tətbiq edir, davamlı islahatlar yolu ilə iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrini modernləşdirirlər. Bununla yanaşı, yenilikçi liderlər həm də geniş xalq kütlələrini öz siyasəti və islahat kursu ətrafında birləşdirir, ictimai ideallara, milli-mənəvi dəyərlərə söykənir, onları inkişaf etdirir və qoruyurlar.
İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı bu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı qeyd etmişdir ki, biz islahat naminə islahat aparmırıq, məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına təkan verək, hələ də həllini tapmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmazlıqları aradan qaldıraq. Bizim gənclərimiz də dövlət həyatında yaxından iştirak etməlidirlər, yaxşı təhsil almalı, fiziki və mənəvi cəhətdən sağlam olmalı, milli vətənpərvərlik ruhunda böyüməlidirlər.
Bu fikirlərdə İlham Əliyevin islahatçı yanaşması özünü aydın şəkildə büruzə verir və bəzi postsovet ölkələrində müşahidə etdiyimiz ”rəngli inqilab” ssenarilərindən köklü şəkildə fərqlənən inkişaf yolunu təqdim edir. Rəngli-qanlı inqilabların liderləri özlərinə qədər hər hansı idealların, siyasi, bəzən də mənəvi irsin mövcudluğunu inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, ölkənin adının, əlifbasının, bir sözlə, hər şeyin məhv edilərək yenidən başlanması yolunu tuturlar. Prezident İlham Əliyevin islahatlar kursunda belə eksperimentlərə, nihilist yanaşmalara yer yoxdur. 2019-cu ildə Azərbaycanda yeni islahatlara start verilməsi də “rəngli inqilab”ların təklif etdiyi yol deyil, 1930-cu, 1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad Adenauer Almaniyasında, 1980-1990-cı illərin Məhazir Muhəmməd Malayziyasında, 1960-1970-ci illərdə Sinqapur və Cənubi Koreyada, eləcə də qansız-rəngsiz inkişaf yolu keçmiş digər ölkələrdə müşahidə etdiyimiz təkamül, köklü islahatlar yoludur.
Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadə bir vəd vermirdi, xalqa xidmət missiyasının strateji hədəfini göstərir, ana xəttini ortaya qoyurdu. Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində İlham Əliyev verdiyi vədə, seçdiyi strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın prezidenti olduğunu nümayiş etdirmişdir. O, hər zaman xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi üçün əzmlə çalışmış, milli mənafelərimizin müdafiəsi naminə beynəlxalq platformalarda ən ağır şərtlər altında belə öz mübarizəsindən, prinsipial mövqeyindən geri çəkilməmişdir. Dövlətimizin suverenliyi, müstəqilliyi naminə aparılan bütün mübarizələrin önündə dayanmışdır.
Bu illər ərzində Azərbaycanın iqtisadi bazisi kökündən dəyişmiş, ölkədə böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyişə nail olunmuşdur. Ötən müddət ərzində iqtisadiyyat 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmış, ölkə iqtisadiyyatına 260 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu, müstəqillik dövründə Azərbaycana yatırılan investisiyaların 93 faizini təşkil edir və onun təxminən yarısı daxili mənbələrin payına düşür. Valyuta ehtiyatlarımız artıq 49 milyard dolları keçmiş, ölkədə 2 milyondan çox yeni iş yeri yaradılmışdır. Bəhs etdiyimiz dövr ərzində maaşlar və pensiyalar 10 dəfəyə qədər artırılmış, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilmiş, güzəştli şərtlərlə sahibkarlara 2 milyard manatdan çox kredit verilmişdir.
Ötən 16 il ərzində Azərbaycanın sosial-iqtisadi infrastrukturu başdan-başa yenilənmiş, paytaxt küçələrindən tutmuş ən ucqar bölgələrə qədər müasir nəqliyyat şəbəkəsi yaradılmış - 14 min kilometr yol çəkilmiş, 450 körpü inşa olunmuşdur. Paytaxtda 4 yeni metro stansiyası istifadəyə verilmiş, bir neçə stansiyada yenidənqurma işləri həyata keçirilmişdir. Onu da qeyd edim ki, Azərbaycan postsovet məkanında metro tikintisi aparılan iki ölkədən biridir. Azərbaycanın tranzit imkanlarını genişləndirən Xəzər dənizində ən böyük liman – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır. Ölkədə 3100-dən çox məktəb, 650-dən çox tibb müəssisəsi inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Mədəni və elmi infrastruktur, o cümlədən tarixi binalar, teatr və muzeylər, ali təhsil ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Paytaxtda müasir tələbələrə uyğun inşa edilən idman sarayları, meydançalar illərdir əhaliyə xidmət göstərir, mühüm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin edirlər. Bununla yanaşı, respublikanın bütün bölgələrində vətəndaşlara xidmət edən sosial mərkəzlər, Olimpiya-İdman kompleksləri və s. obyektlər inşa olunaraq istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin ciddi səyi ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və funksionallığının artırılması istiqamətində böyük işlər görülmüşdür. Respublikada 7 hava limanı yenidən qurularaq istifadəyə verilmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı isə dünyanın “5 ulduz”lu 9 əsas hava limanı sırasına daxil olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz artıq nəhəng enerji və nəqliyyat qovşağına çevrilmişdir. Həmçinin Azərbaycan özünün üç süni peykini orbitə çıxararaq dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işlərin əsas qayəsi, əlbəttə ki, ilk növbədə xalqa xidmətdir. Ötən dövrdə ölkəmizdə sadəcə modernləşmə və infrastruktur yenilənməsi baş verməmiş, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində ciddi addımlar atılmış, sosial-siyasi və digər sahələrdə sistem xarakterli köklü islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, yenilənmiş və modern Azərbaycan dövlətini yaratmağa müvəffəq olmuşdur. Bu dövlətin əhaliyə xidmət sferası da müvafiq olaraq tamamilə yenilənmiş, “şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir” deyən dövlət başçımızın müvafiq qərarı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilmiş, əhaliyə göstərilən xidmətlər “ASAN xidmət” mərkəzlərində - vahid sistemdə birləşdirilmişdir. Təkcə 2013-2018-ci illər ərzində bu mərkəzlərə 24 milyona yaxın müraciət qeydə alınmışdır. Beləliklə, Prezident İlham Əliyev bu addımı ilə eyni zamanda Azərbaycanın atrıq dünyada tanınan, beynəlxalq miqyasda maraq göstərilən və tətbiq olunan “ASAN xidmət” brendini formalaşdırmışdır. Dövlət başçısının əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamı kimi xarekterizə edilməlidir.
Hakim Yeni Azərbaycan Partiyası da öz liderinin təşəbbüslərinə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmişdir. Partiya öz sıralarına çoxsaylı yeni üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edəcək yeni intellektual kadrlar cəlb etmişdir. Yeni Azərbaycan Partiyası özünün siyasi ənənələrinə söykənən yenilənmə kursunu davamlı və ardııcıl şəkildə davam etdirmişdir.
Göründüyü kimi, Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin təməlində insan, vətəndaş amili, xalqın maddi-mənəvi, milli maraqları dayanır. Təbiidir ki, 16 il ərzində bir əsrə sığacaq nəhəng işlərə, böyük uğurlara imza atan liderin – cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqı tərəfindən tam dəstəklənir. Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi Prezident İlham Əliyevə müstəqil, prinsipial, qətiyyətli, milli maraqları ifadə edən siyasət yürütməyə imkan verir. Belə liderə qalib gəlmək heç bir qüvvəyə, ələlxüsus da hazırkı radikal müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq.
Bu ölkədə yenilənmək istəməyənlər yalnız 26 ildir Azərbaycanı xaos və anarxiyaya sürükləyən radikal müxalifət cəbhəsinin rəhbərləridir. Uzun illərdir heç bir cəlbedici ideya və yaxud alternativ təklif ortaya qoya bilməyən, eyni cəfəng fikirləri təkrar-təkrar tirajlayan, bir neçə ambisiyalı şəxsin ətrafında cəmləşərək gecə-gündüz hakimiyyət eşqi ilə qovrulan, əsassız iddialarla dövlət qurumları və dövlət qulluqçularını mənəvi terrora, biabırçı söyüş kampaniyasına məruz qoyan, Azərbaycan cəmiyyətini ənənəvi pozucu fəaliyyətləri ilə bezdirən, 1990-cı illərin kif bağlamış qaranlığından çıxmaq iqtidarında olmayanlar keçən bütün dövr ərzində dayanmadan ölkədə hakimiyyətin dəyişməsini tələb etmişlər. Əlbəttə, heç bir iqtidar daimi deyil. Hər hansı bir siyasi partiyanın formalaşdırdığı iqtidarın ölkəni hansı müddətdə idarə etməsini Azərbaycan xalqı seçki yolu ilə müəyyən edir. Bu il fevralın 18-də qələmə aldığım “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləmdə də qeyd etmişdim ki, cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin cari proseslərə, gələcəyə hesablanmış proqramlara, konsepsiyalara baxış və rəylərini öyrənmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazır formada qalması üçün vacib şərtdir. Lakin Azərbaycan xalqı, onun iradəsi ilə formalaşmış dövlət strukturları, xalq qarşısında öz məsuliyyətini dərk edən hakimiyyət, əlbəttə ki, dövləti kimin, hansı qüvvələrin ümidinə buraxacağının fərqində olmalıdır. Məsuliyyətli hakimiyyət gələcək iqtidarların antimilli və məişət təfəkkürlü ünsürlər, yenilənmək istəməyən klaviatura qəhrəmanları, “sosial şəbəkə pələngləri”, şübhəli xarici dairələr önündə xüsusi öhdəlikləri olan yalançı opponentlər tərəfindən formalaşdırılmasına qətiyyən yol verə bilməz. Sağlam və etibarlı iqtidarlar yalnız yüksək dövlətçilik təfəkkürünə malik, özünütənqid ruhunda yetişmiş, yeniliklərə, dünyada gedən qlobal proseslərə açıq, xalqın fərqli kəsimləri ilə işləməyə hazır və qadir olan iradəli, milli düşüncəli insanlar tərəfindən formalaşırlar. Odur ki, dövlətimizin indiyə qədər qət etdiyi yol, cəmiyyətin bugünkü reallıqları və inkişaf perspektivləri iqtidar komandası tərkibində, hakimiyyət strukturlarında olduğu kimi, müxalifət düşərgəsində, siyasi partiyaların rəhbərliyi və tərkibində də daim yenilənməni, yeni düşüncəli, yeni təfəkkürlü və sağlam reputasiyalı insanların ortaya çıxaraq sağlam opponentlik missiyasını öz əllərinə almasını əsl sosial sifarişə çevirmişdir.
Lakin nədənsə biz yeni müxalifətin yaranma zərurəti haqqında danışanda, bəzi opponentlərimiz məsələyə ifrat həssaslıqla mənfi reaksiya verirlər. Əgər, doğrudan da siyasi mübarizə aparmaq, “pozisiyada” deyil, “oppozisiyada” olmaq iddia edildiyi kimi, məhrumiyyətlər, sıxıntılar, təqiblər, itkilər deməkdirsə, o zaman onların yeni qüvvələr tərəfindən əvəzlənməsi niyə bu qədər narahatlıq yaratsın ki? Axı yeni müxalifət, yeni qüvvələr deyəndə başqa bir məmləkətdən, başqa bir qalaktikadan sifarişlə hansısa yeni siyasi liderləri gətirib partiyaların başına qoymaqdan, yaxud opponent etməkdən söhbət getmir. Son prezident, parlament, bələdiyyə seçkilərinin nəticələri ortadadır, burda II, III, IV nəticə göstərən qüvvələr var, onların adları, ünvanları cəmiyyətə bəllidir, fəaliyyətləri də göz qabağındadır. Onlar parlamentdə, bələdiyyələrdə təmsil olunurlar. Bu partiyaların fəaliyyətinin də nə dərəcədə səmərəli olub-olmadığını növbəti seçkilərdə seçicilər müəyyən edəcək. Yəni, iqtidarın necə yanaşmasından asılı olmayaraq, cəmiyyətdə yeni müxalifət formalaşır. Əlbəttə, biz fərqindəyik ki, sosial şəbəkələrin, yeni informasiya vasitələrinin imkanlarından istifadə edərək özünü cəmiyyətə yaxşı təqdim etməyi bacaran, müəyyən alternativ ideoloji baxışların daşıyıcıları olan gənc və orta nəsil siyasətçilər də meydana çıxmaqdadır. Yaxud, köhnə müxalifətin içərisindən müəyyən insanlar bu imkanlardan istifadə edib özlərini cəmiyyətə yeni biçimdə təqdim etməkdədirlər. Həmçinin vaxtilə AXC hakimiyyətində təmsil olunmuş və AMİP, Müsavat, AXCP, ASDP sıralarında olmuş onlarla siyasətçi, mütəxəssis, ekspert dövlət qurumlarında, QHT sektorunda, elm sahəsində, biznesdə, parlamentdə uğurla fəaliyyət göstərir, fərqli beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Əminik ki, bu cür potensialı olan, lakin hazırda üzv olduqları müxalif partiyaların dəyişməz rəhbərləri tərəfindən potensiallarının açılmasına imkan verilməyən çoxsaylı gənclər də ortaya çıxacaqdır. Yaşlı və orta nəsil müxaliflərə gəlincə, onların arasında antimilli fəaliyyətdə, “xüsusi söyüş dəstələri”nin təşkilində iştirak etməmiş sabiq nazirlər, keçmişdə iri məmur korpusunda təmsil olunan şəxslər də var. Biz “yeni müxalifət” deyəndə məhz ölkəmizin belə geniş spektrini nəzərdə tuturuq. Düşünürəm ki, bu geniş spektr Azərbaycanda sivil mübarizə aparmaq istəyən, ölkədəki nümunəvi sabitliyin davam etməsində və lazımi məqamlarda yenilənməsində maraqlı olan bütün ictimai-siyasi qüvvələri əhatə edir. Biz bu cür qüvvələri təqdir edirik, bu il sentyabrın 9-da dərc edilmiş məqaləmdə də vurğuladığım kimi, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa tam açıqdır.
Əminəm ki, bu gün xalqı inqilaba səsləyənlərin bir zamanlar öz cılız siyasi ambisiyaları ilə uçurumun kənarına gətirdikləri, yalnız ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində xilas olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başdan-başa yenilənib qüdrətli dövlətə çevrilən Azərbaycanın yenidən 1990-cı illərin riskləri ilə üz-üzə buraxılmasına xalqımız və dövlətimiz heç zaman imkan verməyəcək. nXalqımız 2003-cü ildə İlham Əliyevə ciddi etmiad göstərmiş və böyük səs çoxluğu ilə onu özünə rəhbər seçmiş, sonrakı seçkilər də bu etimadın daha da yüksəldiyini əyani şəkildə nümayiş etdirmişdir. Prezident İlham Əliyev ökəmizə 16 illik rəhbərliyi dövründə Azərbaycanı daha müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan, sözünü deməyi və prinsipial mövqeyini sonadək müdafiə etməyi bacaran bir dövlətə çevirməyi bacarmışdır. Hazırda keçirilən sorğuların nəticələri də təsdiq edir ki, Azərbaycan xalqı İlham Əliyevə alternativ görmür, onun arxasındadır, ona etimadı və güvəni hədsizdir. Amma ötən 26 ildə radikal qrupların təhriki və anti-milli fəaliyyəti nəticəsində yalnız qalmaqlallarla, didişmələrlə, ziddiyyətlərlə, qopma və parçalanmalarla yadda qalan qeyri-konstruktiv müxalifət bu gün fəlakətin bir addımlığındadır. Reallıq budur ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyat ritmini pozmağa çalışan belə müxalifətçilərlə birlikdə gələcəyə doğru addımlaya bilməz. Bu müxalifət hakimiyyət uğrunda sivil mübarizə metodlarını inkar edir, hal-hazırda belə dağıdıcı və qeyri-konstruktiv qruplarla iqtidar-müxalifət dialoqunu təşkil etmək mümkünsüz görünür və onların bundan sonrakı dövrdə siyasi arenada qalması ölkəmizin siyasi palitrası üçün yaxşı heç nə vəd etmir. Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilən 50 nəfərlik qanuni piketi qeyri-qanuni küçə yürüşü və mitinqə, özlərinin iddia etdiyi kimi “sosial inqilaba”, vətəndaş qarşıdurmasına çevirmək istəyənlər, süni qarışıqlıq yaradaraq öz çirkin məqsədlərinə nail olmağa çalışanlar, əlbəttə ki, yenilənməyə müqavimət göstərəcəklər. Azərbaycanda yenilənmək istəməyən də məhz belələridir ki, özlərinin bir ovuc tərəfdarı ilə aranı qarışdırmağa cəhd göstərməkdən başqa bir fəaliyyət ortaya qoya bilmirlər.
Bəli, bu gün Azərbaycanda hər şey inkişaf edir və yenilənir. Hətta, müxalifətin əsas etiraz məkanı olan “Məhsul” stadionu da yenidən qurulur, təmir olunur və müasir görkəm alır. Amma 26 il müddətində radikal müxalifət düşərgəsində rəhbər kürsüləri zəbt edərək, sivil istefa nümunəsi ortaya qoymağı bacarmayan Əli Kərimli tipli “əvəzsiz liderlər” təmsil olunduqları düşərgədə istənilən pozitiv dinamikanı öz mövcudluqları üçün təhlükə hesab edirlər. Buna görə də xalq tərəfindən kütləvi şəkildə baykot olunmuş bu radikal və dağıdıcı müxalifət “liderlərindən” qurtuluşun tam zamanıdır. Dinamik inkişaf edən, müasirləşən Azərbaycana, yeniləşən cəmiyyətimizə, yenidən qurulan geniş meydanlara sağlam düşüncəli təşkilatlar, qurucu, konstruktiv və sağlam müxalif qüvvələrin gəlişi zamanın tələbidir.
Xəbərin oxunma sayı : 646
Siyasət
Xəbərlər
-
Temperatur enəcək, yağış və qar yağacaq - Sabahın havası
-
Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Günlük zərər nə qədərdir?
-
“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
“İran yaxın günlərdə uzaqmənzilli müasir raketləri tətbiq edə bilər“ - SEPAH
-
Prezidentin həmin çıxışı dünya mediasında - Fotolar
-
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
-
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
-
Qanunsuz işləyən broyler kamera çəkdirib pulunu vermir - ŞİKAYƏT
-
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-yə gedir
-
ABŞ İrana quru qoşunları göndərir? - Trampdan kritik açıqlama
-
Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var
-
Töhmətdən sonra Suraxanı: Yenə qanunsuz tikintilər, yenə narazılıq...
-
Sahibkar vergi əməkdaşını döyüb - Gəncədə insident baş verib
-
Azərbaycan diplomatlarını İrandan çıxarır - Prezident qərar verdi
-
Naxçıvanda məktəblərdə tədris bərpa olunub - Həyat əvvəlki axarına geri dönüb
-
Sürücüsündən alıb idarə etdi - Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı
-
“İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi“ - “Nəticələri gözləyirik“
-
Beyləqanda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar
-
“Pakistan dövləti Azərbaycanın yanındadır“ - Şahbaz Şərif İlham Əliyevə zəng edib
-
Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
-
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin ediləcək - İDDİA
-
Sumqayıtda qadın qətlə yetirilib - Qaçan ərini polis saxlayıb
-
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Naxçıvanla bağlı
-
Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə hökm oxundu - Casusluq etmişdilər
-
Prezident Moldova XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
-
Tramp İran kürdlərini İrana hücum etməyə təşviq edir - “Reuters”
-
Qaraçuxurda qanunsuz tikintiyə dövlət qurumları niyə göz yumur? - FOTO
-
Varlılar Yaxın Şərqdən qaçmağa görə - 350 min ödəyirlər
-
Azərbaycan nefti daha 5.6 dollar bahalaşdı - Qara qızıl 88 dollara qalxdı
-
Bir nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi açıqladı
-
Xameneinin varisinin təyin edilməsi təxirə düşdü - Təhlükəsizlik səbəbindən
-
Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
-
“Biz gəlib hər şeyi təmizləmək istəyirik“ - Tramp
-
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir
-
Azərbaycan qadını hər sahədə ölkəmizin adını yüksəklərə qaldırır və cəmiyyətimizin inkişafına töhfə verir
-
Xalq artistimiz Aygün Kazımova tanınmaz halda - FOTOLAR
-
Arda Turan “Şaxtyor“dan ayrılır - Əfsanəsi olduğu komandanı çalışdıracaq
-
Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır - Tramp
-
Ramazan ayının on altıncı günü - İmsak və iftar vaxtları
-
“ABŞ İranla razılığa gəlmək şansını əldən verdi” - Abbas Əraqçi
-
“Pakistan Azərbaycanla həmrəy olduğunu bir daha təsdiqləyir” - Şahbaz Şərif
-
Kürd qruplaşmaları MOSSAD-ın dəstəyi ilə İrana qarşı əməliyyata hazırlaşır - Axios
-
Maştağada qəbirləri su basıb - Aidiqyyatı qurumlar problemi bir birinin üstünə atır
-
Azərbaycan qadını zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir
-
Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi - FOTOLAR
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib - İranın Azərbaycana hücumunu qınayıb
-
Xameneinin oğlu İran rəhbərliyinə namizəd kimi mənim üçün qəbuledilməzdir - Tramp
-
Mənzillərə daxil olmağa cəhd edən şəxs saxlanıldı - VİDEO
-
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng etdi - İranın hücumunu pisləyib
-
“İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir“ - Kallas
-
Deputatın şirkəti Təhsil İdarəsinə 4 ofis icarəyə verdi - Uşaq bağçaları açılacaq
-
Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti tam dayandırılıb - RƏSMİ
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Azərbaycana dəstəyini ifadə edib
-
Ermənistanın dəmir yollarına hansı ölkə nəzarət edəcək? - Yeni iddia
-
Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər
-
ABŞ-a İran dronlarını vurmaq neçəyə başa gəlir? - Nisbət 1-ə 10-dur…
-
Bayramov və Fidan telefonda danışdı - Naxçıvana dron hücumu müzakirə edilib
-
“Namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?...“ - Prezident İlham Əliyev
-
Xırdalanda yerləşən “Kristal Abşeron” binasında qanunsuz artırma - İcra hakimiyyəti niyə susur?
-
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 ildən 20 ilədək
-
“Bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar!“ - “Silahlı Qüvvələrimizə təlimat verildi ki...“
-
“Milano Hospitalda“ qanunsuz estetik əməliyyat - Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
-
“İran Naxçıvana 4 pua ilə hücum edib...“ - Müdafiə Nazirliyindən yeni açıqlama
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib“ - Prezident
-
Naxçıvana sərnişinlər belə gedəcəklər - Bakı-İğdır-Naxçıvan...
-
Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTOLAR
-
Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib? - MƏBLƏĞ/SAHƏLƏR
-
“İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır“ - NATO Baş katibi
-
Naxçıvana dron hücumunda yaralananların kimliyi açıqlandı - Fotolar
-
“Ət House”un qəssabından 35 min manatlıq dələduzluq - “Penitensiar Xidmətə 1 ton ət verəcəyik...”
-
Bizim tərəfimizdən Naxçıvana zərbə endirməyib - İran XİN
-
ABŞ administrasiyası İranda genişmiqyaslı müharibəyə hazır olmayıb - Politico
-
Naxçıvan aeroportuna düşən dronun qalıqları - Video + Fotolar
-
“Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur“ - Paşinyan
-
Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
-
Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında“ qanunu təsdiqlədi - Dəyişiklik
-
Biləsuvarın icra başçısı qalmaqallı şadlıq sarayında iftar süfrəsi təşkil edir - FOTO
-
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
-
Azəraycan XİN sərt bəyənat yaydı - “Cavab tədbirləri görmək hüququnu özündə saxlayır...“
-
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
-
İran Naxçıvan aeroportuna dron hücumu etdi - Dağıntılar var
-
“Səhiyyə nazirinin özü də etiraf etdi ki…” - Qənirə Ataşovadan sərt açıqlama
-
Abbas Əraqçı ABŞ-ni hədələdi: “Peşman olacaqlar“ - FOTO
-
Turistlər Şuşada adambaşına 188, Ağdərədə isə 28 manat xərcləyiblər - Siyahı
-
Nazirlik Nərmin Qaralovanı cərimələdi - İşçiləri qanunsuz işdən çıxarıb
-
“Mövcud iqtisadi artım templəri bizi qane etmir“ - Mikayıl Cabbarov
-
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin son qiymətləri - VİDEO
-
“TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi
-
Aylardır 60 min manatdan çox pulunu ala bilmir - İDDİA /VİDEO
-
Psixoloq seansları cib yandırır: Bir görüş 500 manata qədər - VİDEO
-
7 milyonluq infrastruktur layihəsi ləğv olundu - SƏBƏB
-
ABŞ kəşfiyyatı İranın Ali Liderinin seçilməsi prosesini izləyir - Ağ Ev
-
Sabirabad polisindən əməliyyat - 25 yaşlı qadın saxlanıldı
-
Yasamalda binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO
-
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
-
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib
-
“Neftçi“nin azərbaycanlı vingeri maaşının artırılmasını tələb edir - MƏBLƏĞ
-
Daha bir icra hakimiyyətində ixtisar- 36 əməkdaş çıxarıldı
-
Şəhərin mərkəzində onlarla mənzilə istilik verilmir - ŞİKAYƏT /VİDEO
-
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib - FOTOLAR
-
Gədəbəydə dövlət məmuruna mükafat verən “jurnalist“ həbs olundu - VİDEO
-
Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu - FOTO
-
Xətaidə çökmənin ətrafdakı evlərə yaratdığı təhlükə - VİDEO
-
Sabunçu rayonunda gölün qanunsuz doldurulması işləri davam edir - VİDEO
-
Ramazan ayının on beşinci günü - İmsak və iftar vaxtı
-
Azərbaycan enerji ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyub
-
50 mindən çox vəsaitin leqallaşdırılması iddiası - Zamin Zəkiyə 8 il həbs istənildi
-
ASCO sədrindən tapşırıq - Qohumlar bir yerdə işləyə bilməyəcəklər
-
“Ermənistanın təhlükəsizlik təminatı kağız üzərində idi“ - PAŞİNYAN
-
“İranın yanında olan hər kəsə təşəkkür edirəm“ - PEZEŞKİAN
-
Bakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilibmiş
-
Evdə oturduğumuz halda kartımızdan gedişhaqqı çıxırlar - Kütləvi ŞİKAYƏT
-
Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur
-
Məktəblərdə bu qidaların satışı qadağan edildi - SİYAHI
-
Qətərdə fövqəladə vəziyyət elan edilib - Qaz hasilatı tam dayandırılıb
-
Anar Qasımov vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
“Feniksal Group“ MMC-dən ŞİKAYƏT: “Bina üç ildir təhvil verilmir“ (VİDEO)
TOP 10
ARXİV






