Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Yuventus”da Messi - Ronaldo dueti fantastik olardı” – Rivaldo

Tarix 04.07.20, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


“Barselona”ın sabiq futbolçusu Rivaldo Lionel Messinin gələn bu komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.

Qol.az xəbər verir ki, o, ESPN-ə müsahibəsində  deyib:

“Əgər Messi getmək istəyirsə, deməli, paltardəyişmə otağında nəsə yerində deyil. Ola bilər ki, o, son aylar klub ətrafında yaranan daimi problemlərdən yorulub. Müqaviləsi başa çatanda Messinin 34 yaşı tamam olacaq. Amma o, bu səviyyəsi ilə İngiltərə Premyer Liqasında rahatlıqla oynaya bilər.

Mənə elə gəlir ki, artıq çox agent “Yuventus”da Messi ilə Ronaldonun duetini görməyi arzulayır və bunun nə qədər möhtəşəm olacağını düşünür. Bu hadisə dünya bumu olardı. Əminəm ki, “Yuventus” argentinalıya qoyduğu invetstiyanı geri qaytara bilərdi. Ronaldo – Messi dueti tarixə düşər. Bir çox sponsorun da bu məsələdə “Yuventus”a kömək edəcəyinə inanıram. Son on ilin iki ən yaxşı oyunçusunun bir komandada oynaması fantastik hadisə olardı”.



Xəbərin oxunma sayı : 3175




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap