“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ İrana zərbə endirməyi təklif edib –“Saudi Aramco“ya hücuma görə

Tarix 18.09.19, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (IRIS) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir.

Bu barədə müzakirədən xəbərdar olan mənbələrə istinadən “NBC News” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın hərbi məmurları sentyabrın 16-da milli təhlükəsizlik mövzusunda keçirilən görüşdə Trampa İrandan qisas almaq üçün müxtəlif variantlar təklif ediblər. Ancaq mənbələrə görə, ABŞ prezidenti ölkəni İranla hərbi qarşıdurmaya sürükləmək istəmədiyi üçün başqa təkliflər tələb edib.

“NBC News”nin həmsöhbətlərindən biri, zərbəni neft obyektləri hücuma məruz qalan Səudiyyə Ərəbistanı özü endirə bilər, Vaşinqton isə müttəfiqinə kəşfiyyat işində kömək edəcər, lakin birbaşa olaraq döyüşlərdə iştirak etməyəcək.

Bundan əvvəl, Səudiyyənin neft obyektlərinə hücumu şərh edən Tramp, ABŞ-ın İranla müharibədən qaçmaq istədiklərini söyləyib.

Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun müəssisələri pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Hücum, xüsusilə, ölkənin şərqində yerləşən dünyanın ən böyük neft emalı kompleksinə edilib. Bu, Səudiyyə Ərəbistanında neft hasilatının yarıya – gündə 5.7 milyon barel azalmasına səbəb olub.

Hücuma görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərilərinə götürsələr də, ABŞ husilərin iştirakını şübhə altına alıb və baş verənlərə görə İran hakimiyyətini ittiham edib. Tehran isə bu iddiaları rədd edir. /Report



Xəbərin oxunma sayı : 631




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap