Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ iqtisadiyyatı 75%-lik geriləmə ilə üz-üzədir – “Moody`s”

Tarix 06.04.20, 13:30

Font ölçüsü : - / +
bitmap-img6


Yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində ABŞ ştatlarının və federal hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Amerika iqtisadiyyatının azı 29%-ni iflic edib.

“Moody’s” beynəlxalq reytinq agentliyinin analitik bölməsinin bu qiymətləndirmələri ABŞ-ın “The Wall Street Journal” qəzetinin elektron variantında dərc olunub.

Yazıda qeyd olunub ki, ABŞ-ın 50 ştatından 41-də səlahiyyətlilər sakinlərin hərəkətinə məhdudiyyətlər qoyub, ictimai iaşə obyektlərini, universitetləri, kinoteatrları, gözəllik salonlarını, parkları və qeyri-ərzaq mağazalarını bağlayıb. “Moody’s”in qiymətləndirməsinə görə, bu tədbirlər bu ilin mart ayının ilk həftəsi ilə müqayisədə ABŞ ÜDM-nin gündə təxminən 29% azalmasına səbəb olub. Kaliforniya ştatında bu göstəricinin azalması artıq gündə 31,5%-ə (2,8 milyard ABŞ dolları), ABŞ ÜDM-nin təxminən 70%-nin payına düşdüyü digər 15 ştatda isə 40%-ə (12,5 milyard ABŞ dolları) çatır.

“Moody’s”in məlumatına görə, daha otuz ştatın və ölkənin paytaxtın itkisi gündə 4,9 milyard ABŞ dollarına çatır.

Reytinq agentliyinin aparıcı analitiki Mark Zandi bu tempdə enişin bu ilin II rübü boyu davam edəcəyinə inanmır: “Əks təqdirdə, ABŞ-ın illik ÜDM-i təxminən 75% azalacaq. Hesab edirəm ki, yaya qədər məhdudlaşdırıcı tədbirlər tədricən aradan qaldırılacaq və ikinci rübdə ÜDM-də nisbətən mülayim azalma olacaq”.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyada birinci yerə çıxıb. Federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 312,2 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 8 503 xəstə ölüb, 15 021 nəfər sağalıb. (report)




Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap