“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Abşeronda müəllimləri koronavirusa yoluxan məktəbi niyə bağlamırlar? - FOTO

Tarix 01.03.21, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda daha bir məktəbdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 6-cı sinif rəhbəri Yeganə Xudaverdiyevanın virusa yoluxduğu məlum olub.

O, bir neçə gün qızdırmalı halda dərs keçdikdən sonra vəziyyəti ağırlaşdığı üçün ailə üzvləri ilə birlikdə xəstəxanaya yerləşdirilib. Həmçinin məktəbin iki müəllimi də koronavirus şübhəsi ilə karantinə alınıb. Buna baxmayaraq, məktəbdə tədris davam etdirilir.

Vəziyyətin təhlükəli olmasıyla bağlı valideynlərin və müəllimlərin məktəb direktoru Çinarə Atayevaya müraciəti cavabsız qalır. Məlumata görə, məsələ ilə bağlı məktəbə yoxlama da gəlib, lakin tədrisin dayandırılması məsələsinə toxunulmayıb.

İddia olunur ki, Çinarə Atayeva bütün imkanlardan istifadə edərək, 8 Marta kimi məktəbi açıq saxlamağa çalışır.

Qeyd edək ki, Ç. Atayeva qalmaqallı direktor kimi tanınır. Mətbuatda və sosial şəbəkələrdə onunla bağlı tez-tez tənqidi materiallar yayılır.






Xəbərin oxunma sayı : 1054




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap