Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR Burak və Fahriye söz-söhbətə son qoydular Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı
Axtar
 
  • / Maqazin / — 24 Aprel 2017

    Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib?

  • / / — 23 Aprel 2017

    Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR

  • / Maqazin / — 22 Aprel 2017

    Burak və Fahriye söz-söhbətə son qoydular

  • / Maqazin / — 19 Aprel 2017

    Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı

  • / Maqazin / — 16 Aprel 2017

    “Küçədə şirə satırdım“ - “Anne“nin qəhrəmanı

  • / Maqazin / — 15 Aprel 2017

    “Sevdiyim insan var, amma o, bunu bilmir” - Təranə

Andrey Karlovun qətli ilə bağlı aparılan istintaq genişlənir – yeni təfərrüatlar

Tarix 22.12.16, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Ankara Baş Prokurorluğu Rusiya səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı başladılan istintaqın genişləndirildiyini bildirib.

Avropa.info xəbər verir ki, prokuror Necip Cem İşçimenin koordinasiyası ilə aparılan istintaq çərçivəsində bütün sübutlar tədqiq edilir. Türkiyə və Rusiya ekspertlərinin “Minnnesota protokolu” çərçivəsində birgə apardığı istintaqın əməkdaşlıq çərçivəsində davam etdirildiyi bildirilir. İstintaqla bağlı bu günədək 11 şübhəli şəxs saxlanılıb.

Cib telefonu, HTS qeydləri və etdiyi zənglərin araşdırıldığı istintaqda Rusiya səfirliyində işləyələrin Mövlud Mert Altıntaşa məlumat ötürüb-ötürməyi də araşdırılır.

İstintaq çərçivəsində əldə olunan ilkin məlumatlara görə, Altıntaşın Fətullatçı Terror Təşkilatı (FETÖ) üzvləri vasitəsilə təşkilata üzv olduğu, polis daxilindən FETÖ üzvləri ilə planlı hərəkət etdiyi versiyası üzərində dayanılıb.

İçinə qapanıq, antisosial fərd pozuqluğu sindromundan əziyyət çəkdiyi zənn edilən Altıntaşın dərmandan istifadə edib-etmədiyi araşdırılır. Müvəqqəti olaraq Diyarbəkirdə xidmətdə olan Altıntaşın 15 iyul hərbi çevriliş cəhdindən iki gün əvvəl məzuniyyət götürdüyü məlum olub. İcazəsi Ankarada təsdiq edilən qatilin bu müddət ərzində nə ilə məşğul olduğu araşdırılır.
Sui-qəsdçinin hadisə günü Yenimahalle Onkologiya Xəstəxanasından qarın ağrısı ilə bağlı arayış aldığı, arayışı verən həkimin 15 iyul hərbi çevriliş cəhdindən sonra polis sıralarından qovulan bir komissar olduğu müəyyənləşdirilib. Arayış aldıqdan sonra Altıntaş hadisə günü geydiyi kostyumu satın alıb. Onun 14 dekabrda telefon zəngi ilə rezervasiya etdiyi otelə gəldiyi, burada iki saat qaldıqdan sonra Müasir İncəsənət Mərkəzinə getdiyi müəyyən edilib.
3 ədəd ehtiyat tapança maqazini olan və cibindən 20-25 mərmi çıxan sui-qəsdçinin üstündə 75 güllə gilizi olduğu müəyyən edilib.

İstanbulda aparılan FETÖ istintaqı çərçivəsində alınan şahid ifadəsində Altıntaşın adı keçib. 
Məlum olub ki, dayısı FETÖ ilə əlaqəli olduğu üçün qapadılan abituriyent kursunun müdiri olub. Onun yaxın dostları da çevriliş cəhdindən sonra vəzifələrindən çıxarılıblar.

Canlı ələ keçirilmə ehtimalı var idimi?

Baş Prokurorluq qatilin sağ olaraq ələ keçirilə bilmə ehtimalının olub-olmadığını araşdırır. Müstəntiqlər Altıntaşın Karlovu vurduqdan sonra təhlükəsizlik qüvvələri ilə apardığı atışmanın görüntülərini diqqətli şəkildə araşdırırlar.

İzlənilən kadrlar və şahidlərin dediyinə görə, səfir Karlovu vurduqdan sonra salonun arxa tərəfindəki rəsm tablolarını bir-bir yerə atıb.

Hadisə yerinə ilk gələn Çankaya Polis İdarəsinin polislərinin “Təslim ol!” çağırışına atəşlə cavab verən Altıntaşın sərgi salonunda bir divarın arxasında gizlənərək buradan polisə atəş açdığı bildirilir.

Hadisə yerinə gələn xüsusi təyinatlıların atəşə cavab verərək, sui-qəsdçini əvvəlcə iki ayağından, sonra qıçlarından və dizlərindən vurduğu, yerə yıxılan Altıntaşın yaralanmasına 
baxmayaraq atəş açmağa davam etdiyi bildirilir.

Altıntaşın polisin “Təslim ol!” çağırışına “Məni sağ ələ keçirə bilməyəcəksiniz” şəklində cavab verdiyi, yerə yıxılmasına baxmayaraq atəş açmağa davam etdiyi və əlini belinə atdığında üzərindən bomba çıxaracağı düşüncəsi ilə polis tərəfindən öldürüldüyü bildirilir.

İzlənən kadrlar və şahid ifadələrinə görə, sui-qəsdçinin hadisə günü səfir Karlovu 19:05-də vurduğu, özünün isə 19:42-də zərərsizləşdirildiyi təsbit edilib.

Bundan əlavə Keçiörəndə yerləşən xəstəxanada öldürülən qatilin cəsədi yarılaraq tədqiq edilib.

Altıntaşın cənazəsini götürmək üçün bu günədək hər hansı qohumu müraciət etməyib. Cənazənin sadəcə birinci dərəcəli qohumuna veriləcəyi bildirilir.



Xəbərin oxunma sayı : 718

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda